Yazdırma Seçimləri:

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizol

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Brizol – Fransız mətbəxinin ən dadlı yeməklərindən biridir. İki qatdan ibarət olan bu bu yeməyin alt hissəsi yumurtalı, üst hissəsi isə qiyməlidir.
Brizol yeməyi pəhrizdə olanlar üçün idealdır.
1001dad.com saytı hazırlanması çox vaxt almayan , dadlı və ləziz qiyməli “Brizol” yeməyi reseptini sizlərə təqdim edir.

brizol

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizol Üçün Lazım Olan Ərzaqlar
 1 kq qiymə
 1 ədəd soğan
 9 ədəd yumurta
 lazım olacaq qədər duz
 istiot
 3 ədəd xiyar
Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizolun Üzəri Üçün
 mayonez
 ketçap
 göyərti
Pəhrizdə Olanlar Üçün Dietik Yemək Olan Brizolun Ərzaqlarının Yığılması
1

✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq əti təmizləyərək yuyun və aşsüzənə yığın ki, suyunu axıtsın.
✅Birzol üçün istifadə edəcəyiniz soğanı soyub bir kasaya alın.
✅İstifadə edəcəyiniz xiyarı yuyub bir kasaya yığın.
✅Lazım olacaq qədər duzu kiçik bir kasaya yığın.
✅Birzol üçün lazım ola biləcək istiotu kasaya yığın.
✅Birzolun üzərinə vurmaq üçün istifadə edəcəyiniz mayonez və ketçapı ayrı-ayrı kasalara yığın.
✅Üzərinə vuracağınız göyərtini təmizləyib yuyaraq bir mətbəx dəsmalının üzərinə yığın.

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Olan Brizolun Ərzaqlarının Hazırlanması
2

✅İlk öncə Birzola üçün lazım olan soğanı kubik şəklində doğrayın.
✅İstifadə edəcəyiniz əti qiymə halına salın.
✅Bir kasaya yumurtaları sındırıb tel çırpıciyla qarışdırın.
✅istifadə edəcəyiniz xiyarı çubuq şəklində doğrayın.
✅Çırpılmış yumurtaları tökmək üçün düz səthli boşqabdan istifadə edin.

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizolun Hazırlanması
3

✅Bir qaba qiyməni və soğanı tökün.
✅Üzərinə duz və istiotu töküb yaxşıca qarışdırın.
✅Daha sonra ət qarışığını ətçəkən maşından keçirin.
✅Hazır kütlədən götürüb əlinizlə iri küftəciklər hazırlayın.
✅Dəzgahın üzərinə streç sərin və üzərinə 1 küftəciyi yerləşdirin.
✅Üzərinə yenə streç çəkib oxlovla üstündən basaraq yüngülcə yayın.
✅Yumurta tökdüyünüz boşqabın üzərinə yaydığınız qiyməni qoyun.

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizolun Bişirilməsi
4

✅Ocağı yandırıb tavanı üzərinə alaraq qızdırın.
✅Qızdırdığınız tavanı yağlayın.
✅Yumurtaya buladığınız hazır qiyməni tavaya yerləşdirin.
✅İki iki tərəfini (omlet bişirən kimi) zəif ocaqda çevirərək bişirin.

Pəhrizdə Olanlar Üçün Dietik Yemək Brizolun Servis Edilməsi
5

✅Bişən brizolun üzərinə çubuq şəklində doğradığınız xiyarları düzüb rulet şəklində bükün.
✅ Üzərini mayonez və ketçupla bəzəyin.
✅Göyərtiylə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!