Yazdırma Seçimləri:

Pendirli Asan Börək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Səhər naharında ləzzətli, isti və asan bir seçim üçün pendirli börək hazırladıq. Bu börək öz ətri ilə iştahınızı bir azda açacaq. Ləzzəti qədər hazırlanması da çox asandır. Bu resepti istəsəniz öz əllərinizlə açdığınız yuxadan, istəsəniz də hazır yuxadan hazırlaya bilərsiniz. Hazır yuxadan hazırladığınız börəyi sadəcə 15 dəqiqə ərzində sobaya verməniz mümkündür. İstəsəniz zövqünüzə görə pendirə şüyüd, keşniş vb. göyərtilər, eyni zamanda da holland pendiri əlavə edəbərək fərqli ləzzətə sahib börək hazırlaya bilərsiniz. Səhər yeməyi üçün hazırlayacağınız pendirli börək indidən nuş olsun!

Pendirli Asan Börək Üçün Lazım Olan Ərzaqlar:
 200 q Tilsiter pendiri
 ½ stəkan duru yağ
 34 ədəd yuxa
 1 ədəd yumurta sarısı
 1 stəkan mineral su
 küncüt
 çörəkotu
Börək Üçün Ərzaqların Hazırlanması
1

✅ Börək üçün istifadə edəcəyiniz pendiri rəndədən keçirdib bir kasaya alın.
✅ Börək üçün özünüz də xəmirdən yuxa hazırlaya bilərsiniz.
✅ Tez olsun deyə hazır yuxadan da istifadə edə bilərsiniz.
✅ Bu Pendirli asan börəyi hazırlamaq üçün istifadə edəcəyimiz hazır yuxanı üçkünc formasında kəsin.
✅ İstifadə edəcəyiniz yumurtaların ağını sarısından ayırın.
✅ Sarısını börəyin üzərinə vurmaq üçün ayırın.
✅ Bir stəkan mineral suyu da hazır qoyun .

Börəyin Bükülmə Qaydası
2

✅ Üçkünc formada doğradığınız hazır yuxanı dəzgahın üzərinə sərib duru yağ ilə yağlayın.
✅ Yuxanı yağladıqdan sonra yuxanın enli tərəfinə rəndələdiyiniz pendiri əlavə edin.
✅ Sonra yuxanın hər iki tərəfini pendirin üzərinə qatlayaraq bükün.
✅ Asan pendirli börəyin uc hissəsinə yumurtanın ağından vurub qatlayın ki açılmasın.
✅ Hazır börəkləri istiyə davamlı şüşə qaba yan-yana yığaraq üzərinə yumurta sarısı, küncüt və çörəkotu səpin.
✅ Sonunda isə bir stəkan mineral suyu börəklərin üzərinə əlavə edin.

Börəyin Bişirmə Qaydası
3

✅ Sobanı əvvəlcədən180 dərəcəyə yaxın qızdırın.
✅ Hazırladığınız pendirli börəyi sobaya verin.
✅ 15 dəqiqəyə börəkləriniz bişib hazır olacaqdır.

Pendirli Asan Börəyin Servisi
4

✅ Börəklər bişdikdən sonra sobadan çıxardıb isti-isti servis edin.
✅ Süfrəni isə öz zövqünüzə uyğun bəzəyə bilərsiniz.
✅ Pendirli asan börək qəhvəaltı süfrələrinin vazkeçilməz bir yeməyidir.
✅ Çayın yanında asan pendirli börəyin öz yeri var.

Nuş Olsun!