Yazdırma Seçimləri:

Pendirli Avokado Salatı

Verimlilik4 PorsiyonHazırlanma Müddəti15 dəq

Avokado son zamanlarda çox sevilərək tükədilən bir meyvə oldu.
Tərkibindəki protein və omega 3 sayəsində çox məşhur oldu.
Qısa zamanda sabah qəhvəaltılarında, öylə aralarında, axşam yeməklərinin yanında, soslarda, hatta şirniyyat və dondurmalarda özünə yer aldı avokado.
Tek başına çox da xoşagələn bir dadı olmayan bu meyvə, içinə girdiyi hər şeyi gözəlləşdirərək sanki yarımçıq bir parçanı tamamlayır.
Bu dəfə də gözəl bir yaz salatına yoldaşlıq edərək çox nəfis bir salat meydana gəlməsinə yardımçı oldu.

Pendirli Avokado Salatı Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd avokado
 2 ədəd kiçik xiyar
 20 ədəd pomidor
 100 q pendir
 1 ədəd kiçik soğan
 56 ədəd cəfəri
Pendirli Avokado Salatının Sosu Üçün
 2 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı limon suyu
 1 çay qayığı iri çəkilmiş istiot
 ½ çay qayığı qaşığı duz
Pendirli Avokado Salatı Üçün Ərzaqların Yığılması
1

✅Salat üçün istifadə edəcəyiniz avokadonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Salata qatacağınız xiyarı da yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz pomidorları da yuyub mətbəx dəsmalının üzərinə yığın suyu qurusun.
✅İstifadə edəcəyiniz pendiri kasaya yığın.
✅Yaşıl soğanı və cəfərini təmizləyərək yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅Zeytun yağını stəkana süzün.
✅İstiotu kiçik bir kasaya yığın.
✅Limonu yuyub mətbəx dəsmalı ilə qurudaraq kasaya alın.
✅Lazım ola biləcək duzu kiçik bir kasaya alın.

Pendirli Avokado Salatı Üçün Ərzaqların Hazırlanması Qaydası
2

✅Avokadonun çəyirdəyini çıxarın.
✅Xiyar və avokadonu kiçik-kiçik doğrayın.
✅Pomidorları dörd parçaya bölün.
✅Doğradığınız tərəvəzləri qarışdırın.
✅Soğan və cəfərini incə -incə doğrayın.
✅Doğradığınız tərəvəzləri qarışdırın.

Pendirli Avokado Salatının Hazırlanma Qaydası
3

✅Doğradığınız tərəvəzləri bir qarışdırma qabına yığıb qarışdırın.
✅Sos malzəmələrini küçik bir qabda çalxalayaraq yaxşıca qarışdırın və bütünlüklə salatın üzərinə gəzdirdikdən sonra servis edin.

Pendirli Avokado Salatının Servis Edilməsi Qaydası
4

Salatınızı daha doyurucu hala gətirmək və öyün yerinə tükətmək istəsəniz sobada qızarmış çörək parçaları da əlavə edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0