Yazdırma Seçimləri:

Pendirli Bibər

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Pendirli bibər çox sevilən bir məzədir.
Bu məzə közlənmiş bibərlərin bir qaba yığılıb üzərinə pendir gəzdirib əridilməsi metodu ilə hazırlanır.Pendir ağzı bağlı qabda ocaqda qızdırılır. Bəzən də bu prosesi sobada yerinə yetirirlər. Bəzi bölgələrdə pendir əvəzinə lor pendirdən və yaxud da süd qaymağından istifadə edirlər. Pendirin duzunu ağız dadınıza uyğun qata bilərsiniz.
1001 dad yemək saytı sizlərə "Pendirli bibər" tərifinin ən sadə halını təqdim edir. Bu tərifi yaxınlarınızla birlikdə hazırlamağınızı və bir yerdə dadmağınızı arzulayırıq!

Pendirli bibər

Lazım Olan Ərzaqlar
 1 kq şirin bibər
 1 stəkan az yağlı pendir
 1 stəkan zeytun yağı
Hazırlanma Qaydası
1

✅ Bibərləri kor atəşdə közləyin. ( Sobada ya da ocaq üzərində edəcəyiniz közləmə ləzzəti haqqıyla verməyəcəkdir. )
✅ Közlənmiş bibərlərinizin qabıqlarını gözəlcə soyun.
✅ Orta böyüklükdə bir tavada , ucları tavanın ortasında birləşəcək şəkildə yanyana sıxca düzün.
✅ Bibərlərinizin üzərinə öncə pendirlərinizi hər yanına gələcək şəkildə yayın.
✅ Zeytun yağını da gəzdirib qapağını qapadın.
✅ Vam odda pendirlər əriyib bir miqdar çəkilincəyə qədər bişirin.
✅ İlk istilik çıxar -çıxmaz servis edin.

Nuş Olsun!