Yazdırma Seçimləri:

Pendirli Bibər

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Pendirli bibər çox sevilən bir məzədir.
Bu məzə közlənmiş bibərlərin bir qaba yığılıb üzərinə pendir gəzdirib əridilməsi metodu ilə hazırlanır.Pendir ağzı bağlı qabda ocaqda qızdırılır. Bəzən də bu prosesi sobada yerinə yetirirlər. Bəzi bölgələrdə pendir əvəzinə lor pendirdən və yaxud da süd qaymağından istifadə edirlər. Pendirin duzunu ağız dadınıza uyğun qata bilərsiniz.
1001 dad yemək saytı sizlərə "Pendirli bibər" tərifinin ən sadə halını təqdim edir. Bu tərifi yaxınlarınızla birlikdə hazırlamağınızı və bir yerdə dadmağınızı arzulayırıq!

Pendirli bibər

Lazım Olan Ərzaqlar
 1 kq şirin bibər
 1 stəkan az yağlı pendir
 1 stəkan zeytun yağı
Pendirli Bibər Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın suyunu qurutsun.
✅İstifadə edəcəyiniz pendiri(qaymaq və yaxud loru)kasaya yığın.
✅İstifadə edəcəyiniz zeytun yağını stəkana süzün.
✅ Lazım olacaq duzu bir kasaya yığın.

Bibərin Bişirilməsi
2

✅ Köz hazırlamaq üçün manqalda kömürü yandırın.
✅Kömürün küzündə bibərləri közləyin.
✅ Sobada ya da ocaq üzərində edəcəyiniz közləmə ləzzəti haqqıyla verməyəcəkdir.
✅Közlədiyiniz bibərlərin rahat soyulması üçün bibərləri qazana yığıb bir az ağzını bağlı saxlayın.
✅ Közlənmiş bibərlərinizin qabıqlarını gözəlcə soyun.

Pndirli Bibərin Hazırlanması
3

✅ Orta böyüklükdə bir tavada pendirli bibərlərinizi hazırlayın.
✅ Bibərlərin ucları tavanın ortasında birləşəcək şəkildə yanyana sıxca düzün.
✅ Bibərlərinizin üzərinə öncə pendirlərinizi hər yanına gələcək şəkildə yayın.
✅ Zeytun yağını da gəzdirib qapağını qapadın.
✅ Vam odda pendirlər əriyib bir miqdar çəkilincəyə qədər bişirin.

Pndirli Bibərin Servis Edilməsi
4

✅ İlk istilik çıxar -çıxmaz servis edin.

Nuş Olsun!