Yazdırma Seçimləri:

Pendirli bükmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

pendirli bükmə

Lazım olan ərzaqlar
Xəmir üçün
 200 ml süd
 1 çay qayığı quru maya
 1 çay qayığı şəkər tozu
 300 q un
 2 yemək qaşığı bitki yağı
İçlik üçün
 10 ədəd hamburger üçün əridilmiş pendir
Hazırlanma qaydası
1

İsti südə maya və şəkər tozunu əlavə edin.
Şişəndən sonra yağ və unu əlavə edin.
Bərk olmayan xəmir yoğurun.
Xəmir qalxandan sonra 10 yerə bölün.
Hər kündəni 2-3 mm qalınlıqda dördbucaqlı şəkildə yayın.
Rahat olsun deyə bitki yağı çəkilmiş taxtanın üstündə yayın.
Orta hissəsində bərabər məsafədə paralel kəsiklər qoyun.
Pendiri bir başından qoyub, rulet kimi bükün (bərk sıxmayın).
Kənarlarını bərkidin.
Perqament döşənmiş siniyə “tikişi” üzüaşağı olmaqla qoyun.
20-25 dəqiqə saxlayın.
Yumurta sarısını azca südlə qarışdırıb üstünə çəkin.
210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!