Yazdırma Seçimləri:

Pendirli göbələk sote

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Pendirli göbələk sote

Lazım olan ərzaqlar
 100 q Tilsiter pendiri
 1 ədəd baş soğan
 4 ədəd uzunsov bibər
 0,40 kq göbələk
 4 ədəd pomidor
 3 ədəd yaşıl bibər
 50 q Amerlander kərə yağı
 duru yağ
 duz
 istiot
Hazırlanma qaydası
1

Əvvəlcə pomidoru, bibəri, göbələyi təmiz-təmiz yuyun.
Yuyulmuş ərzaqların suyunu verməsi üçün mətbəx dəsmalının üzərinə və yaxud da aşsüzənə yığın.
Suları süzülən ərzaqları kiçik-kiçik doğrayın.
Oda davamlı tavanı kərə yağı ilə yağlayın.
Tavamız artıq hazırdır.
Əvvəlcə doğradığımız göbələkləri tavaya yayın.
Sonra doğranmış soğanı, bibəri əlavə edin.
Üstdən doğranmış pomidorları lap sonunda isə uzunsov bibərləri də əlavə edin.
Ərzaqları düzdükdən sonra duz və duru yağı da əlavə edərək əvvəlcədən isidilmiş sobada ərzaqlar bişənə qədər bişirin.
Lap sonunda isə rəndələmiş olduğunuz pendiri üzərinə yayaraq yenidən sobada pendir əriyənədək bişirin.
İsti halda servis edin.

Nuş olsun!