Yazdırma Seçimləri:

Pendirli Göbələk Sote

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Göbələkli təriflər hər zaman qurtarıcı yeməklərdir.
Qida dəyəri yüksək olan göbələyi sevirsinizsə çox zaman əlavə yemək olmaqdan çıxıb ana yeməyin yerini tutacaq qədər ləzzətli olur.
Bir az pomidor, bir az bibər və təbii ki, üstündə ərimiş olan holland pendirinin cazibəsi çox yüksək olan göbələk sote sizi gözləyir.
Bu şəhanə resepti istəsəniz təkbaşına, istəsəniz də bir yeməyin yanında servis edə bilərsiniz.

Pendirli göbələk sote

Pendirli Göbələk Sote Üçün Lazım Olan Ərzaqlar
 100 q Tilsiter pendiri
 1 ədəd baş soğan
 4 ədəd uzunsov bibər
 0,40 kq göbələk
 4 ədəd pomidor
 3 ədəd yaşıl bibər
 50 q Amerlander kərə yağı
 duru yağ
 duz
 istiot
Pendirli Göbələk Sote Üçün Ərzaqların Yığılması
1

✅Əvvəlcə pomidoru, bibəritəmiz-təmiz yuyun.
✅Yuyulmuş ərzaqların suyunu verməsi üçün mətbəx dəsmalının üzərinə və yaxud da aşsüzənə yığın.
✅Göbələyi təmizləyib yuyun və içərisində olan qumun təmizlənməsi üçün ləyəndə suya qoyun.
✅Bir az qaldıqdan sonra suyunu süzün və mətbəx dəsmalının üzərinə alın.
✅İstifadə edəcəyiniz soğanı soyub kasaya alın.
✅İstifadə edəcəyiniz pendiri də kasaya alın.
✅ İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅Lazım olacaq duzu və istiotu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz duru yağı stəkana süzün.

Pendirli Göbələk Sote Üçün Ərzaqların Hazırlanması
2

✅Suları süzülən ərzaqları kiçik-kiçik doğrayın.
✅Oda davamlı tavanı kərə yağı ilə yağlayın.
✅Göbələkləri kiçik-kiçik doğrayın.
✅Bibərləri uzunsov şəkildə doğrayın.
✅İstifadə edəcəyiniz pomidorları da kiçik-kiçik doğrayın.
✅İstifadə edəcəyiniz pendiri rəndələyin.

Hazırlanma Qaydası
3

✅Tavamız artıq hazırdır.
✅Əvvəlcə doğradığımız göbələkləri tavaya yayın.
✅Sonra doğranmış soğanı, bibəri əlavə edin.
✅Üstdən doğranmış pomidorları lap sonunda isə uzunsov bibərləri də əlavə edin.
✅Ərzaqları düzdükdən sonra duz və duru yağı da əlavə edin.

Pendirli Göbələk Sotenin Bişirilmə Qaydası
4

✅Sobanı əvvəlcədən qızdırın.
✅Hazırladığınız tavanı sobaya verin və ərzaqlar bişənə qədər bişirin.
✅Ərzaqlar bişdikdən sonra üzərinə rəndələdiyiniz pendiri əlavə edərək yenidən bişməsi üçün sobaya verin.
✅Pendir tamamən əriyənə qədər sobadan çıxartmayın.

Pendirli Göbələk Sotenin Servis Edilməsi
5

Hazır olan yeməyi isti-isti servis edin.

Nuş Olsun!