Yazdırma Seçimləri:

Pendirli Keks 

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Az ərzaqla tam bir qəhvəaltılıq keks reseptini sizlərə təqdim edəcəyik.
Əslində bu keksə qəhvəaltı süfrəsi üçün hazırlayacağınız şüyüdlü, pendirli çörək də deyə bilərsiniz.
Mətbəxinizdə yeni bir dəyişiklik yaradın-Çörək dadında duzlu keks hazırlayın. Dilimlədikdən sonra istəsəniz mürəbbəylə,istəsəniz də çayla tükədə bilərsiniz.

pendirli keks

🧀 Lazım Olan Ərzaqlar
 3 ədəd Yumurta
 ½ stəkan Duru yağ
 3 yemək qaşığı Qatıq
 250 q Rəndələnmiş ağ pendir
 ¼ dəstə Şüyüd
 ¼ dəstə Cəfəri
 2 stəkan Un
 1 paket Qabartma tozu
 Duz
🧀 Keks Qəlibini Yağlamaq Üçün
 1 yemək qaşığı kərə yağı
🧀 Pendirli Keks Üçün Ərzaqların Yığılması
1

✅ Pendirli keks üçün istifadə edəcəyiniz yumurtaları yuyub bir kasaya alın.
✅ İstifadə edəcəyiniz zeytynyağını stəkana süzün.
✅ Qatığı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz cəfərini və şüyüdü yuyub təmizləyin və mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz unu qarışdırma qabına yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
✅ Lazım olacaq duzu kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz pendiri də bir kasaya yığın.

🧀 Pendirli Keks Üçün Ərzaqların Hazırlanması
2

✅ Yuyub təmizlədiyiniz cəfəri və şüyüdü kiçik-kiçik doğrayın.
✅ Yumurtaları dərin bir qabına qırın.
✅ Zeytun yağı və qatığı qataraq yaxşıca qarışdırın.
✅ Pendiri yaxşıca əzin.
✅ Pendiri, doğraqdığınız cəfərini, şüyüdü və qabartma tozunu da əlavə edib yenidən qarışdırın.
✅ Ələnmiş un və duzu az- az əlavə edərək taxta bir qaşıq ya da çırpıcı yardımıyla qarışdrmanı davam edin.

🧀 Pendirli Keksin Bişirilmə Qaydası
3

✅ Baton keks qəlibini otaq temperaturunda olan kərə yağı ilə yağlayın.
✅ Yağladığınız qəlibə hazırladığınız qarışımı əlavə edin.
✅ Qarışımın üzərini bir şpatula yardımı ilə düzənləyin.
✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅ Əvvəlcədən qızdırdığınız sobada 30-35 dəqiqəyə yaxın bişirin.
✅ Sobadan çıxardığınız keksi otaq temperaturunda soyumağa qoyun.
✅ Soyuyan keksi qəlibindən çıxardıb dilimləyin.

Diqqət!
4

pendirli keks

✅ Pendirli keks hazırlayarkən unu diqqətli bir şəkildə istifadə etməlisiniz.
✅ Undan una fərq olacağı üçün daha az ya da daha çox un istifadə etmək lazım ola bilər.
✅ Pendirli keksi fərqli qəliblərdə də bişirə bilərsiniz.
✅ Ancaq qabınıza görə ərzağı ayarlamalısınız.
✅ Sobanın temperaturunu və zamanı öz sobanıza görə ayarlamalısınız.

🧀 Pendirli Keksin Servis Edilməsi
5

Dilimlədiyiniz keksi çayla servis edə bilərsiniz.

Nuş Olsun!