Yazdırma Seçimləri:

Pendirli Omlet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı8 dəqÜmumi Vaxt13 dəq

Bu gün sizlərə verəcəyimiz reseptlə hazırlayacağınız omleti hər zaman bişirmək istəyəcəksiniz. Qəhvəaltılarda çox sevərək yediyimiz bir omlet növüdür sizlərə təqdim etdiyimiz tərif. Hazırlanması da olduqca çox pratikdir.

Lazım Olan Ərzaqlar
 Tilsiter pendiri
 Ammerlander duzsuz kərə yağı
 duz
 İstiot
 2 ədəd yumurta
 cəfəri
Pendirli Omlet Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz pendiri bir kasaya yığın.
✅Lazım olacaq yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz cəfərini arıtlayıb yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.
✅Lazım olacaq duzu və istiotu ayrı-ayrı kasalara yığın.

Pendirli Omlet Üçün Ərzaqların Hazırlanması
2

peynirli-omlet

✅İstifadə edəcəyiniz pendiri rəndələyin.
✅Hazırladığınız cəfərini kiçik-kiçik doğrayın.
✅İstifadə edəcəyiniz yumurtaları bir kasaya sındırın.

Omletin Hazırlanması
3

✅ Yumurtaları bir kasaya sındırıb bir çəngəl və ya çırpma teli ilə çırpın.
✅Çırpdığınız yumurtalara duz əlavə edib yenidən çırpın.
✅ Ardından istiotu əlavə edib yenədə bir az çırpın.

Diqqət
4

Pendiriniz duzlu isə qarışıma duz əlavə etməyin ya da ağız dadınıza görə az əlavə edin.
Omleti vam odda bişirsəniz daha dadlı olar.
Eyni zamanda yanma risqi də azalmış olur.

Pendirli Omletin Bişirilməsi
5

✅ Geniş bir tavaya Ammerlander kərə yağını əlavə edərək ocağa alın.
✅Vam odda yağı əridin.
✅Yağ əriyəndən sonra yumurtanı əlavə edib 1-2 dəqiqə bişirin.
✅ Omletin altı bişməyə başladığında rəndələdiyiniz pendirləri və doğradığınız cəfərini omletin bir yarısına əlavə edin.
✅ Bir spatula yardımı ilə pendirsiz hissəni qaldıraraq omleti qatlayın.
✅ Bir dəqiqə qatlanmış şəkildə bişirdikdən sonra ocaqdan alın.

Pendirli Omletin Servis Edilməsi
6

Cəfəri də yanına əlavə edərək isti-isti servis edin.
Yanına pomidor, bibər, xiyar qoyaraq servis edə bilərsiniz.

Nuş Olsun!