Yazdırma Seçimləri:

Pendirli poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 20 dəq

Pendirli poğaçanın ən ləzzətli, ən asand formasını sizə təqdim edirik.

Lazım olan ərzaqlar
 1 stəkan ərinmiş kərə yağı
 1 stəkan duru yağ
 1 stəkan qatıq
 1 ədəd yumurta
 1 yemək qaşığı sirkə
 1 yemək qaşığı şəkər tozu
 duz
 1 paket qabartma tozu
 200 q pendir
 aldığı qədər un
 şüyüd
Üzəri üçün
 qatıq
 küncüt
 çörəkotu
Hazırlanma qaydası
1

Geniş bir qabda poğaça xammalı - qatıq, ərinmiş kərə yağı, yumurta, şəkər tozu, duz və sirkə yaxşıca qarışdırılır.
Bu qarışığa un və qabartma tozu da əlavə edilir.
Poğaçanın xəmiri yaxşıca yoğrulur.
Xəmir ələ yapışmayana qədər yoğrulur.
Yumşaq bir xəmir əldə edilir.
Bu yumşaq xəmir yarım saat dincəlməyə qoyulur.
Ancaq istəsəniz xəmiri dincəlib acımasını gözləmədən də bir başa hazırlaya bilərsiniz.

İçliyin hazırlanması
2

İçlik hazırlamaq üçün bir qaba pendirləri qoyun.
Şüyüd bol su ilə təmiz yuyun.
Təmiz yuyulan şüyüdü qurulayın.
Suyu qurulanan şüyüdlər, doğrama taxtası üzərində çox kiçik - kiçik doğranılır. İçlik pendiri əzilir.
Üzərinə kiçik - kiçik doğranılmış şüyüdlər əlavə edilir.
Pendir əzməsi ilə doğranmış şüyüd bir birinə qarışdırılır. İçlik hazırdır.
Dincələn xəmirdən qozdan biraz böyük parçalar kəsilir.
Bu kiçik xəmir kütlələri yumru formada açılır, içərisinə pendirli içlik qoyulur və xəmir bükülür.
Xəmirin bükülən hissəsi alta gələcək şəkildə siniyə düzülür.
Hazırladığımız yarımfabrikatların üzərinə qatıq sürülür və bir çəngəl vasitəsi ilə üzəri çizilir.
Sonra ən üsttən biraz da çörəkotu və küncüt səpilir.
Artıq bişirə bilərik.
Sobanı əvvəlcədən 180 dərəcə isidin.
Poğaçalar burada üzəri qızarana qədər bişirilir.

Nuş olsun!