Yazdırma Seçimləri:

Pendirli Sadə Kumpir

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Kumpir -isti kartofların içində kərə yağı ilə birlikdə istədiyiniz ərzaqlarla zənginləşdirilən bir məzədir. Sobada bişən kartof olaraq da bilinən kumpir ortadan ikiyə bölünməklə hazırlanır.
İçərisində qalan kartof holland pendiri ilə birlikdə əzilərək püre halına salınır.
İstəyə görə içərisi zeytun, sossis, noxud, qarğıdalı, kök, ketçup, mayonez kimi ərzaqlarla zənfinləşə bilir.

Pendirli Sadə kumpir Üçün Lazım Olan Ərzaqlar
 50 q Ammerlander kərə yağı
 100 q Qauda pendiri
 2 ədəd kartof
 250 ml qaymaq
 göyərti
 suxarı
 duz
 istiot
Pendirli Sadə Kumpir Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kartofu yuyub qazana alın.
✅ İstifadə edəcəyiniz qaymağı kasaya yığın.
✅ Lazım olacaq göyərtiləri yuyub təmizləyərək mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz Qauda pendirini kasaya yığın.
✅ Lazım olacaq duzu kiçik bir kasaya tökün.
✅ İstifadə edəcəyiniz istiotu kasaya yığın.

Pendirli Sadə Kumpir Üçün Ərzaqların Hazırlanması
2

✅ Katroflar suda qaynadın.
✅ Tam bişməsinə ehtiyac yoxdur.
✅ Qauda pendirini sürtkəcdən keçirdin.
✅ Göyərtini kiçik-kiçik doörayın.
✅ Azca bişirdiyiniz kartofları folqa kağızına bükün.

Pendirli Sadə Kumpirin Bişirilməsi
3

✅ Bundan sonra kartoflar aluminium folqaya sarılır və sobada bişirilir.
✅ Kartof ortadan uzunlamasına yarısına kimi kəsilir.
✅ Biraz aralanır, kartofun içinin az hissəsi çıxardılır, qalanları yaxşıca əzilir.
✅ Sobadan çızartdığınız kartofun içərisinə kərə yağı əlavə edin.
✅ İçərisinə göyərti və qaymaq əlavə edilir.
✅ Duz, istiot vurulur.
✅ Hazırlanan Qauda pendirli qaymaqlı, göyərtili içlik kartofun içərisinə qoyulur.
✅ Pendirli sadə kumpir əvvəlcədən isidilmiş sobada bişirilir.

Pendirli Sadə Kumpirin Servis Edilməsi
4

Sobada bişirilmiş pendirli sadə kumpir isti-isti servis edilir.
Kumpirin üzərini isə zövqünüzə uyğun olaaraq ketmup və mayonezlə , yaxud da evdə hazırlanan soslarla süsləyərək servis edə bilərsiniz.

Nuş Olsun!