Yazdırma Seçimləri:

Pendirli tərəvəzli göbələk

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

holland pendirli terevezli göbelek1

Lazım olan ərzaqlar
 100 q Tilsiter pendiri
 200 q göbələk
 1 ədəd bibər
 1 ədəd pomidor
 78 ədəd cəfəri
 2 yemək qaşığı duru yağ
 duz
Pendirli tərəvəzli göbələyin hazırlanma qaydası
1

Əvvəlcə göbələklərin govdəsini ayırin.
Sonra göbələklərin içərisini təmizləyin.
Təmizlədiyiniz göbələkləri yuyun.
Pendiri rəndələyin.
Pomidoru, bibəri, göyərtini də kiçik-kiçik doğrayın.
Bütün ərzaqlar hazır olduqdan sonra "Pendirli tərəvəzli göbələk " yeməyini bişirməyə hazırlayaq.
Əvvəlcə doğradığımız pomidoru, bibəri, göyərtini də qataraq qarışdırın.
Sonra üzərinə duru yağı əlavə edib bir az daha qarışdırın.
Qarışıma göbələyin gövdəsini də rəndələyib qatın və yaxşıca qarışdırın.
Duzunu da əlavə edib qarışdırın.
Pendirli göbələk üçün içliyiniz hazırdır.
Göbələklərin içərisinə hazırladığınız qarışımdan yığaraq istiyə davamlı bir qaba düzün.
Bütün göbələklərin içərisini doldurduqdan sonra bişirmə prosesinə başlayaq.
Sobanı əvvəlcədən qızdırın.
Hazır göbələkləri sobaya verin.
Bişənə yaxın göbələkləri sobadan çıxardaraq üzərinə rəndələdiyiniz pendiri əlavə edərək yenidən bişmək üçün sobaya verin.
Artıq Pendirli tərəvəzli göbələk servis üçün hazırdır.
İsti halda süsləyərək servis edə bilərsiniz.

Nuş olsun!