Yazdırma Seçimləri:

Pendirli Tart

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 10 dəq

pendirli-tart

Lazım Olan Ərzaqlar
 2 stəkan un
 1 stəkan süd
 1 ədəd yumurta
 ½ stəkan zeytun yağı
 duz
 1 çay qayığı quru maya
 1 çay qayığı şəkər tozu
İçlik Üçün
 400 q duzsuz lor pendiri
 1 stəkan holland pendiri rəndəsi
 1 stəkan pendir
 4 ədəd yumurta(birinin sarısı üzərinə çəkiləcək)
 ½ dəstə cəfəri
 ½ dəstə şüyüd
 duz
 istiot
 istəyə görə qırmızı bibər
Hazırlanma Qaydası
1

✅ Xəmir üçün lazım olan ərzaqları bir qabda qataraq çox da yumşaq olmayan(qulaq ucu təki) bir xəmir yoğurun.
✅ Xəmirin üzərini örtüb mayalanmağa qoyun.
✅ Xəmir mayalandığı zaman ərzində içliyini hazırlayın.
✅ Pendiri, cəfərini, ədviyyatları qarışdırın.
✅ Yumurtaları içliyi xəmirin üzərinə yaymadan əvvəl qırın ki, sulanmasın.
✅ Yumurtaların bir dənəsinin sarısını ayrıca qoyun ki, tartın üzərinə sürtəsiniz.
✅ Xəmiri vərdənə ilə yarım sm qalınlığında yayın və 28 sm ölçüsündə olan tort qəlibinə yayın.
✅ Qabın kənarlarında qalan artıq xəmiri vərdənə ilə basdıraraq kəsin.
✅ Üzərini çəngəllə müəyyən aralıqlarla deşin ki, çox qabarmasın.
✅ Yumurtaları qırıb qarışdırdığınız iç xərcini qəlibdəki xəmirin üzərinə yayın.
✅ Artıq qalan xəmirləri isə kiçik ölçülü qəliblərlə yarpaq şəklində kəsib tartın üzərinə müəyyən aralıqlarla düzün.
✅ Tartın üzərinə düzdüyünüz yarpaqları və tartın qalan hissələrinə hazırladığınız yumurta sarısını vurun.
✅ Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
✅ Hazırladığınız tartı əvvəlcədən qızdırdığınız sobada üzəri nar kimi qızarana qədər bişirin.
✅ Tartın üzəri qızarandan sonra sobadan çıxardın.
✅ Tartı sobadan çıxardaraq 20 dəqiqəyə yaxın dincə qoyun.
✅ Artıq tartınız hazırdır .
✅ Tartınızı isti-isti servis edin.

Nuş Olsun!