2 pendirlə hazırlanan ləzzətli börək! Bu börəyi bişirmək üçün heç sobaya ehtiyac yoxdur. Adından da bilindiyi kimi tavada bişirilir. Pendirli tava börəyi çox asan və sürətli bir şəkildə hazırlanan bir börək reseptidir.
Reseptin videosu aşağıdıdır. Əvvəlcədən nuş olsun!
✅ 2 ədəd yumurta çırpma qabına alınır. Çırpma qabı olaraq ağzı bağlanan bir şüşə qab istifadə edəcəyik.
✅ Yumurtanın üzərinə duru yağ, süd əlavə edilir.
✅ Soda əlavə edilir. Mineral su da istifadə etmək mümkündür.
✅ Yaxşıca qarışdırılır.
✅ İstəyə görə azca duzda əlavə eliyə bilərsiniz.
✅ Pendirli tava börəyinin içi hazır olduqdan sonra tavaya biraz duru yağ vurulur. Bu, börəyin tavaya yapışmasının qarşısını alır.
✅ Ocağın altı yandırılır.
✅ Millidad lavaş tavanın içinə biraz buruşduralaraq qoyulur.
✅ Ocağın temperaturu azaldılır. Börək vam odda bişməlidir.
✅ Lavaşın üzərinə hazırladığımız qarışıqdan biraz gəzdiririk.
✅ İkinci millidad lavaş tavaya qırışdırılaraq qoyulur.
✅ Üzərinə hazırladığımız yumurtalı qarışıq gəzdirilir.
✅ Üçüncü lavaş tavaya qoyulur.
✅ Lavaşın üzərinə hazırladığımız qarışıq tökülür.
✅ Sürtkəcdən keçirilmiş holland pendiri qoyulur.
✅ Holland pendirinin üzərinə labne pendiri qoyulur.
✅ Labne pendiri yaxşıca yayılır.
✅ Labne pendirinin üzəri millidad lavaşla örtülür.
✅ Üzərinə yumurtalı içlik gəzdirilir.
✅ Bir dənə də millidad lavaş qoyulur.
✅ Qalan mayenin hamısı buraya əlavə edilir.
✅ Lavaşla üzəri örtülür.
✅ Kənarlarda qalan lavaşlar yaxşıca örtülür.
✅ Üzəri səliqəli olması üçün tava ölçüsündə kiçik kəsilmiş lavaş parçası qoyulur.
✅ Qapaqla üzəri örtülür.
✅ Bir üz qızarmağa başladıqdan sonra börəyin üzəri kərə yağla yağlanır.
✅ Börəyin ikinci üzü çevrilir.
✅ Hər iki üzü yaxşıca qızardıqdan sonra börək hazırdır.
✅ Ləzzətli iki pendirli tava börəyini süfrəyə vermək olar.