Yazdırma Seçimləri:

Pendirli Tərəvəzli Göbələk

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

holland pendirli terevezli göbelek1

Pendirli Tərəvəzli Göbələk Üçün Lazım Olan Ərzaqlar
 100 q Tilsiter pendiri
 200 q göbələk
 1 ədəd bibər
 1 ədəd pomidor
 78 ədəd cəfəri
 2 yemək qaşığı duru yağ
 duz
Pendirli Tərəvəzli GöbələkÜçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz göbələklərin əvvəlcə govdəsini ayırin.
✅Sonra göbələklərin içərisini təmizləyin.
✅Təmizlədiyiniz göbələkləri yuyun.
✅ İstifadə edəcəyiniz pomiodoru və bibəri də yuyun.
✅Yuduğunuz bibərlərin içərisini təmizləyin.
✅İstifadə edəcəyiniz göyərtiləri yuyub suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz duzu kiçik kasaya yığın.
✅İstifadə edəcəyiniz pendiri də bir kasaya yığın.

Pendirli Tərəvəzli Göbələk Üçün Ərzaqların Hazırlanması
2

✅Pendiri rəndələyin.
✅Pomidoru, bibəri, göyərtini də kiçik-kiçik doğrayın.
✅Göbələyin gövdəsini də rəndələyin.
✅ İstifadə edəcəyiniz pendiri də rəndələyin.

Pendirli Tərəvəzli Göbələyin Hazırlanması
3

✅Bütün ərzaqlar hazır olduqdan sonra "Pendirli tərəvəzli göbələk " yeməyini bişirməyə hazırlayaq.
✅Əvvəlcə doğradığımız pomidoru, bibəri, göyərtini də qataraq qarışdırın.
✅Sonra üzərinə duru yağı əlavə edib bir az daha qarışdırın.
✅Qarışıma göbələyin gövdəsini də rəndələyib qatın və yaxşıca qarışdırın.
✅Duzunu da əlavə edib qarışdırın.
✅Pendirli göbələk üçün içliyiniz hazırdır.
✅Göbələklərin içərisinə hazırladığınız qarışımdan yığaraq istiyə davamlı bir qaba düzün.

Pendirli Tərəvəzli Göbələyin Bişirilməsi
4

✅Bütün göbələklərin içərisini doldurduqdan sonra bişirmə prosesinə başlayaq.
✅Sobanı əvvəlcədən qızdırın.
✅Hazır göbələkləri sobaya verin.
✅Bişənə yaxın göbələkləri sobadan çıxardaraq üzərinə rəndələdiyiniz pendiri əlavə edərək yenidən bişmək üçün sobaya verin.
✅Artıq Pendirli tərəvəzli göbələk servis üçün hazırdır.
✅İsti halda süsləyərək servis edə bilərsiniz.

Pendirli Tərəvəzli Göbələyin Servis Edilməsi
5

✅İsti halda süsləyərək ayranla, kompotla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!