Yazdırma Seçimləri:

Pip dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı1 dəqÜmumi Vaxt1 dəq

Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir.Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gunə yalniz nazik yarpaqları yığılir. Pip yarpağının bütün üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz edir.

pip dolması

Lazım olan ərzaqlar
 100 q quzu əti
 30 q düyü
 1 ədəd soğan
 1 dəstə göyərti (keşniş, şüyüd və nanə)
 40 q pip (vələs) yarpağı
 20 q qatıq
 10 q ərinmiş yağ
 duz
 istiot
 darçın
Hazırlanma qaydası
1

Quzu ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir.
Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
Təzə pip (vələs) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir.
Qiymə yaxşı qarışdırılır.
Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir.
Servis edərkən yanına ayrıca qabda qatıq qoyulur.

Nuş olsun!