Yazdırma Seçimləri:

Piroq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olan ərzaqlar
 1 stəkan maye yağ
 1 stəkan qazlı mineral su
 4 ədəd yumurta
 2 stəkan şəkər tozu
 1 ədəd vanil
 4 stəkan un
 1 paket qabartma tozu
 50 q gilas və ya mandarin
Hazırlanma qaydası
1

Piroq hazırlamaq üçün əvvəlcə bir qabda yumurtaları qırırıq.
Yumurtaların üzərinə şəkər tozunu əlavə edirik və yaxşıca çırpırıq.
Yumurta ilə şəkər tozu tam qarışmalıdır.
Şəkərli yumurtanın üzərinə maye yağ və qazlı mineral suyu da əlavə edirik və bunları da yaxşıca qarışdırırıq.
Bir başqa qaba un qoyuruq.
Bu una vanil və qabartma tozunu da əlavə edirik və qarışdırırıq.
Daha sonra bu un, vanil və qabartma tozu qarışığına əvvəlcədən hazırladığımız yumurtalı qarışığı əlavə edirik və qarışdırıb xəmiri hazırlayırıq.
Bundan sonra piroqu bişirəcəyimiz qəlibi yaxşıca yağlayırıq.
Hazırladığımız yağlı xəmiri qəlibə tökürük.
Xəmiri qəlibə yerləşdirdikdən sonra üzərinə mandarin və ya gilası düzürük.
Sobanı əvvəlcədən 180 dərəcəyə isidirik.
180 dərəcə isidilmiş sobada piroqu 40-45 dəqiqə bişiririk.

Nuş olsun!