Yazdırma Seçimləri:

Plovlu toyuq budu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 35 dəq

Iç plovlu toyuq budu

Plovlu toyuq budu üçün lazım olan ərzaqlar
 8 ədəd sümüksüz toyuq budu
 1 stəkan düyü
 1 ədəd soğan
 1 stəkan zeytin yağı
 ½ stəkan su
 1,50 yemək qaşığı kərə yağı
 2 yemək qaşığı fıstıq
 2 yemək qaşığı çiy badam
 1 çimdik darçın
 duz
 istiot
Sos üçün
 1 yemək qaşığı qatıq
 1 yemək qaşığı tomat
Hazırlanma qaydası
1

Düyünü isti suda 30 dəqiqə gözlədib ardından yaxşıca yuyun.
Nişastasından tamamən təmizlənən düyünü süzüb kənara alın.
Doğranmış soğanı zeytun yağında qovurun.
Düyü və duz əlavə edib qovurmaya davam edin.
Su əlavə edib qaynamağa buraxın.
Suyunu çəkincə ocaqdan alın.
Kərə yağını bir tavaya alıb fıstığı, badamı qovurun.
Qovrulan qarışımı, darçın və istiotla birlikdə plova əlavə edib qarışdırın.
Budları yaxşıca döyüb duz və istiot ilə ovalayın.
Ortalarına iç plovdan qoyup boxça şəklində qapataraq kürdanla bağlayın.
Bişirmə kağızı sərilmiş soba listinə yerləşdirib , əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzərləri xəfif qızaranadək bişirin.
Sobadan alıb qatıq və tomat qarışımını toyuq budlarının üzərlərinə fırça yardımıyla sürtün.
Təkrar sobaya verin və yaxşıca qızarana kimi bişirin.
İsti halda servis edin .

Nuş olsun!