Yazdırma Seçimləri:

Plovlu Toyuq Budu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 35 dəq

Iç plovlu toyuq budu

Lazım Olan Ərzaqlar
 8 ədəd sümüksüz toyuq budu
 1 stəkan düyü
 1 ədəd soğan
 1 stəkan zeytin yağı
 ½ stəkan su
 1,50 yemək qaşığı kərə yağı
 2 yemək qaşığı fıstıq
 2 yemək qaşığı çiy badam
 1 çimdik darçın
 duz
 istiot
Sos Üçün
 1 yemək qaşığı qatıq
 1 yemək qaşığı tomat
Plovlu Toyuq Budu Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz düyünü ayırtlayıb yuyaraq süzün.
✅lazım olan soğanısoyub kasaya yığın.
✅Lazım olan zeytun yağını kasaya süzün.
✅Lazım olan duzu kasaya yığın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅Lazım olacaq qədər suyu bir su qabına alın.
✅Lazım olan darçın və istiotu ayrıca kasalara yığın.
✅Lazım olacaq qatığı və tomatı ayrıca kasalara yığın.
✅Lazım olacaq badam və fıstığı ayrıca kasalara yığın.

Plovlu Toyuq Budu Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Düyünü isti suda 30 dəqiqə gözlədib ardından yaxşıca yuyun.
✅ Nişastasından tamamən təmizlənən düyünü süzüb kənara alın.
✅İstifadə edəcəyiniz soğanı doğrayn.
✅İstifadə edəcəyiniz budları döyün.
✅ Kərə yağını bir tavaya alıb fıstığı, badamı qovurun.

Plovun Hazırlanması
3

✅ Doğranmış soğanı zeytun yağında qovurun.
✅ Düyü və duz əlavə edib qovurmaya davam edin.
✅ Su əlavə edib qaynamağa buraxın.
✅ Suyunu çəkincə ocaqdan alın.
✅ Qovrulan qarışımı, darçın və istiotla birlikdə plova əlavə edib qarışdırın.

Plovlu Toyuq Budunun Hazırlanması
4

✅ Budları yaxşıca döyüb duz və istiot ilə ovalayın.
✅ Ortalarına iç plovdan qoyup boxça şəklində qapataraq kürdanla bağlayın.
✅ Bişirmə kağızı sərilmiş soba listinə yerləşdirin.

Plovlu Toyuq Budunun Bişirilməsi
5

✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅180 dərəcə qızdırıllmış sobada üzərləri xəfif qızaranadək bişirin.
✅ Sobadan alıb qatıq və tomat qarışımını toyuq budlarının üzərlərinə fırça yardımıyla sürtün.
✅ Təkrar sobaya verin və yaxşıca qızarana kimi bişirin.

Plovlu Toyuq Budunun Servis Edilməsi
6

İsti halda servis edin .
Zövqünüzə görə süsləyərək servis edə bilərsiniz.

Nuş Olsun!