Yazdırma Seçimləri:

Polenta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

Avropa mətbəxinin sevilən qarniturlarından olan polenta, orijinalı qarğıdalı mannısı, qaynar su və duzdan hazırlanır.
Çox sadə bir qarniturdur.
Polenta, əsasn ət və balıq yemkləri ilə birlikdə yeyilir.
Polenta qlutensiz bir qidadır.
Kərə yağı və pendir əlavə etməklə zaman ərzində zənginləşən polenta, isti olaraq püre şəklində servis edilə bildiyi kimi, qatılaştdrılıb dilimlər halında da servis edilə bilir.
Polenta qluteinsiz bəslənmək istəyənlər üçün çox bənzərsiz bir yeməkdir.

polenta

Polenta Üçün Lazım Olan Ərzaqlar
 4 stəkan su
 1 stəkan qarğıdalı mannısı
 1 çay qayığı duz
 1 çay qayığı sarıkök
 75 q kərə yağı
 100 q rəndələnmiş holland pendiri
Polenta Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz holland pendirini bir kasaya yığın.
✅İstifadə edəcəyiniz suyu bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz qarğıdalı mannasını bir ksaya yığın.
✅İstifadə edəcəyiniz sarıkökü və duzu da ayrı-ayrı kasalara yığın.

Polenta Üçün Ərzaqların Hazırlanması
2

✅Holland pendirini rəndələyib bir kasaya yığın.
✅Polenta hazırlamaq üçün qarğıdalını üyüdüb tamamilə əzilməyən un hazırlaya bilərsiniz.
✅Qarğıdalını üyüdə bilmək imkanınız yoxdursa marketlərdə satılan hazır qarğıdalı mannasından istifadə edə bilərsiniz.

Polentanın Hazırlanma Qaydası
3

✅Polentanı bişirəcəyiniz qazana su, sarıkök və duzu qoyub qaynadın.
✅Su qanayınca ocağın altını azaldın və qarğadalı mannısını əlavə edib, yenidən qaynayana qədər qarışdırın.
✅Qaynayınca ocağın altını qısın və aradabir qarışdıraraq 25 dəqiqə bişirin.
✅Qarışıma rəndələnmiş pendir və kərə yağını əlavə edib qarışdırın və ocaqda daha 5 dəqiqə saxlayın.
✅Holland pendirinin yerinə parmesan,qravyer pendirləri də istifadə edə bilərsiniz .

DİQQƏT
4

Polentayı bir dəfədə istifadə etməcəyinizsə soyuducuda saxlaya bilərsiniz. Təkrar istifadə edəcəyiniz zaman sobada qızdıraraq istifadə edə bilərsiniz.
Holland pendiri yerinə parmesan, gravyer və ya təzə holland kaşar pendiri də istifadə edə bilərsiniz.

Polenta Servis Edilməsi
5

Hazırladığınız polentanı soyutmadan isti-isti servis edin.
Polentanı əsasən ət və balıq yeməklərinin yanında servis edə bilərsiniz.

Nuş Olsun!