Yazdırma Seçimləri:

Pomidor Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

🍅 Pomidor Şorbası Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd böyük sulu pomidor
 2 yemək qaşığı un
 1 yemək qaşığı kərə yağı
 4 stəkan isti bulyon
 2 stəkan süd
 1 yemək qaşığı qaymaq
 1 çimdik duz
🍅 Pomidor Şorbası Üçün Ərzaqların Yığılması
1

✅ Pomidor şorbası bişirmək üçün lazım olan pomidorları yuyub bir qaba yığın.
✅ Pomidor şorbası bişirmək üçün lazım olan unu kiçik kasaya yığın.
✅ Şorba üçün istifadə edəcəyiniz kərə yağını şorbanı bişirəcəyiniz qazana alın.
✅ Pomidor şorbası üçün istifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ Şorba üçün hazırladığınız bulyonu bir iri kasaya alın.
✅ İstifadə edəcəyiniz qaymağı bir kasaya yığın.
✅ Pomidor şorbası üçün lazım olacaq duzu bir kasaya alın.

Pomidor Şorbası Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz unu ələyn.
✅ Bişirmək üçün yuduğunuz pomidorları rəndələyin.
✅ Şorbaya vuracağınız südü azca isidin.
✅ Hazırlamış olduğunuz bulyonu süzün.
✅ Şorbanı servis edərkən üzərinə tökəcəyiniz holland pendirini də rəndələyin.

Pomidor Şorbasının Bişirilmə Qaydası
3

✅ Ocağı yandırın.
✅ Şorbanı bişirəcəyiniz qazanı ocağın üzərinə alın.
✅ Bir yemək qaşığı kərə yağını tavada əridin.
✅ 2 yemək qaşığı unu ərimiş kərə yağına əlavə edib iyi çıxana kimi vam odda qovurun.
✅ Sürtkəcdən keçirilmiş pomidoru qovrulmuş un qarışığına əlavə edib 5 dəqiqə kimi bişirin.
✅ Bunların üzərinə 4 stəkan isti ət və ya toyuq bulyonu əlavə edin.
✅ Pomidor şorbasına isidilmiş südü və qaymağı da yavaş-yavaş əlavə edin.
✅ Südü və qaymağı əlavə edərkən şorbanı tez - tez qarışdırın.
✅ Pomidor şorbası qaynayana kimi orta alovda, qaynadıqdan sonra isə vam odda 15 dəqiqə bişirin.
✅ Şorbanın daha homogen olması üçün blenderdən keçirtməniz çox yaxşı olar.

Pomidor Şorbasının Servis Edilmə Qaydası
4

✅ Bişən şorbanı süfrəyə verərkən qaba çəkdiyiniz pomidor şorbasının üzərinə sürtkəcdən keçirilmiş holland pendiri əlavə edin.
✅ Bu şəkildə süfrəyə verin.

Nuş Olsun!