Yazdırma Seçimləri:

Pomidor Soslu Pirzola

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Arpacıq soğan, sarımsaq və zeytun yağı ilə pomidor sosunda bişən pirzolalar, qızarmadığı üçün daha yumşaq olur. Ayrıca hazırlayacağınız soya sos qarışımı, pomidor sosunda bişən ətin ləzzət və keyfiyyətini daha da artırır.
Dadlı bişən bir ət yeməyi bir az zəhmətli olsada amma sonunda dadlı bişən yemək üçün yorulmağa dəyər.

pomidor soslu quzu pirzola

Lazım Olan Ərzaqlar
 8 ədəd quzu pirzola
 ½ stəkan zeytun yağı
 ½ stəkan su
 100 q soğan
 5 diş sarımsaq
 1 dəstə təzə kəklikotu
 duz
Sosu Üçün
 1 yemək qaşığı kərə yağı
 ½ yemək qaşığı un
 3 yemək qaşığı soya sosu
 istiot
 ½ stəkan su
Pirzola Bişirmək Üçün Önəmli Olan
 Pirzolaların döyülməmiş və iki qabırğalı olması lazımdır
Bişirmə Qaydası
 Pomidor sosunda bişən pirzolaların sosunu süzəcəyiniz üçün sarımsağı bütöv olaraq da ata bilərsiniz
Pomidor Soslu Pirzola Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz pirzolanı yuyub aşsüzənə alın.
✅Pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Duzu kasaya yığın.
✅Soğan və sarımsaqların qabığını soyub kasaya yığın.
✅Zeytun yağını bir kasaya süzün.
✅Kəklikotunu kasaya yığın.
✅Kərə yağını kasaya yığın.
✅Unu bir kasaya alın.
✅ Soya sosunu da ayrıca kasaya süzün.

Pomidor Soslu Pirzola Üçün Ərzaqların Hazırlanması
2

✅ Kərə yağını kiçik bir sos qazanında əridin.
✅Unu ələyin.
✅İstifadə edəcəyiniz pirzolanı iki -iki doğrayın.
✅Soğan və sarımsaqları kiçik-kiçik doğrayıb tavaya yığın.
✅Pomidorların qabığını soyun.
✅Pomidorların kubik şəklində doğrayın

Pomidor Soslu Pirzolanın Bişirilməsi
3

✅ Pirzolaları qalın altlıqlı bir qazanda sıra halında düzün.
✅ İsti suda saxlayıb qabıqlarını asanca soyduğunuz arpacıq soğanları və sarımsaqları doğranmış pomidorlar ilə birlikdə qazana yığın.
✅ Zeytun yağı, su, duz və təzə kəklikotunu da əlavə etdikdən sonra pirzolaları qapağını qapatdığınız qazanda vam odda 25 dəqiqəyə yaxın bişirin.

Sosu Hazırlamaq Üçün
4

✅ Unu əlavə edərək xəfif bir rəng alana qədər qovurun.
✅ Soya sosu, su və təzə çəkilmiş istiotları əlavə etdikdən sonra sosu 5 dəqiqə qədər qaynadın.
✅ Qaynayan sosu bir süzgəç yardımıyla ayrı bir sos qazanına süzün.
✅ Pomidor sosunda bişən pirzolaları servis tabağına alın.
✅ Arpacıq soğanların ləzzət verdiyi və pirzolaların içində bişdiyi pomidor sosunu və soya sosunu sos qazanına süzün.
✅ Əldə etdiyiniz qarışım sosu qatılaşana qədər vam odda bişirin.

Servis Etmək Üçün
5

✅ Tabağa yığmış olduğunuz pirzolaların üzərinə hazır olan sosu bolca gəzdirin və gözlətmədən isti- isti servis edin.
✅ Kartof püresi ya da bişirilmiş qarışıq tərəvəzlərlə də servis edə bilərsiniz.

Nuş Olsun!