Yazdırma Seçimləri:

Pomidor Sosu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

Pomidor sosu

🍅Lazım Olan Ərzaqlar
 2 yemək qaşığı pomidor
 5 yemək qaşığı zeytun yağı
 6 diş sarımsaq
 2 ədəd bibəriyə yarpağı
 1 dəstə fəsləyən
 1 yemək qaşığı üzüm sirkəsi
 1 çay qayığı şəkər tozu
 1 çay qayığı duz
 ½ çay qayığı təzə çəkilmiş istiot
🍅 Pomidor Sosu Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir kasaya yığın.
✅ Sos üçün lazım olacaq sarımsağı soyub kasaya yığın.
✅ Lazım olacaq bibəriyə yağını kiçik bir kasya yığın.
✅ Sos üçün istifadə edəcəyiniz fəsləyəni ayırtlayaraq yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Üzüm sirkəsini stəkana süzün.
✅ İstifadə edəcəyiniz şəkər tozu, duz və istiotu kasalara yığın.

🍅 Pomidor Sosu Üçün Ərzaqların Hazırlanması
2

✅ Suyu qaynadaraq yuduğunuz pomidorları suya salaraq qabıqlarını soyun.
✅Küp şəklində doğrayın.
✅Küp şəklində doğradığınız pomidorlar həddindən çox suludursa onları bir az süzgəcdə saxlayın .
✅Pomidor suyu olaraq fərqli yeməklərdə istifadə etmək üçün bir kənara alın.
✅Zeytun yağını dərin bir qazanda qızdırın.
✅ Sarımsaqları doğrayın.
✅Bu aşamada ilk dəfə bu işləm üçün istifadə edəcəyiniz təmiz bankaları metal qapaqlarını qaynar su dolu qazanda qısa bir zaman ərzində qaynadın.
✅Bibəriyyə yarpaqlarını qızgın yağda bir iki dəfə çevirib aromasının çıxmasını təmin edin.

🍅Hazırlanma Qaydası
3

✅Qızdırmış olduğunuz yağda doğranmış sarımsaqları qatıb 1 dəqiqə qədər qovurun.
✅Doğranmış pomidorları və duzu əlavə edin.
✅Ara- sıra taxta bir qaşıqla qarışdıraraq 30-35 dəqiqə qədər qaynadın.
✅Bibəriyyə yarpaqlarını sosun içindən çıxardın.
✅Hazırladığınız sos qarışımını blender ya da mətbəx robotundan keçirib püre halına gətirin.
✅Püre halına gələn sosu yenidən qazana alın.
✅Arıtlamış olduğunuz təzə fəsləyən yarpaqları, üzüm sirkəsi, toz şəkər və təzə çəkilmiş istiotu əlavə edərək vam atəşdə 10 dəqiqə qədər bişirin.
✅Duz miqdarına nəzarət edin.
✅Arzuya görə duzunu əlavə edin.
✅Qaynama əsnasında üzə çıxan köpükləri diqqətli bir şəkildə alın.
✅Ədviyyatlı dadlardan xoşlanarsanızsa sos qarışımına qaynama əsnasında az miqdarda ada çayı yarpaqları da əlavə edə bilərsiniz.
✅ 1 ədəd kəsmə şəkər əlavə edərək sosunuzu ləzzətləndirə bilərsiniz.
✅Ocaqdan aldığınız sosu isti-isti bankalara doldurun.
✅Ağız hissələrinə sos bulaşdısa təmizləyin.
✅Qaynatdığınız qapaqları silib bankaların ağzını qapadın.
✅Sos bankalarını düz bir yerə tərs çevirib bir gecə boyunca bu şəkildə saxlayın.

Saxlama Qaydası
4

✅Hazır vəziyyətdə olan pomidor sosunu soyuducuda ya da qaranlıq sərin bir yerdə muhafizə edin.
✅İncə doğranmış fəsləyən əlavə edərək servis edə bilərsiniz.

Nuş Olsun!