Yazdırma Seçimləri:

Portağallı südlü mannı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

südlü irmik şirniyyatı

Lazım olan ərzaqlar
 5 stəkan süd
 3 ədəd iri portağal
 25 yemək qaşığı toz şəkər
 10 yemək qaşığı mannı
Üzəri üçün
 250 q krem
 150 q bitter şokoladı
Hazırlanma qaydası
1

Portağallı südlü mannı şirnisini hazırlamağa əvvəlcə 3 ədəd portağalınızı yumaqla başlayın.
Yuduğunuz portağalların üzərinə bıçaqla kiçik deşiklər açın.
Daha sonra dərin bir qazana bir az su qoyub qaynadın.
Qaynayan suyun içərisinə 3 ədəd portağalınızı atın və 15dəqiqə bişirin.
15 dəqiqənin sonunda portağallarınızı sudan alın və qazana yenidən yeni su qoyun.
Eynı işləmi bir daha yerinə yeirin.
15 dəqiqə daha portağallarınızı bişirdikdən sonra qabıqlarını soyub iri-iri doğrayın və blendirdən keçirdin.
Muhalləbisi üçün 5 stəkan südü, 25 yemək qaşığı toz şəkəri və 10 yemək qaşığı mannını dərin bir qazanda muhalləbi qatılığına gələnə qədər bişirin.
Muhalləbiniz bişər –bişməz blendirdə çəkdiyiniz portağalları muhalləbinin içinə əlavə edin.
10 dəqiqə daha qaynatdıqdan sonra şəkilli qablara doldurun.
Daha sonra üzərinin sosu için dərin kiçik bir qazanın içərisinə 250 q kremi alıb vam atəşdə qaynadın.
Sonra ocaqdan alıb içərisinə 150 q bitter şokolatlarınızı da atıb qarışdıraraq əridin.
Qabda şəkil verdiyiniz şirniyyatı qəlibindən alıb servis tabaqlarına qoyun və üzərinə sosu töküb servis edin.

Nuş olsun!