Yazdırma Seçimləri:

Puf Çörək (videolu)

Verimlilik1 Porsiya

Puf Çörək (videolu) Resepti Üçün Lazım Olan Ərzaqlar
 3 çay qayığı Quru maya
 0,50 kq Un
 Duz
 2 yemək qaşığı Şəkər tozu
 4 yemək qaşığı Duru yağ
 İlıq su
🍪 Puf Çörək (videolu) Xəmirinin Hazırlanma Qaydası
1

✅ Puf çörək hazırlamaq üçün əvvəlcə quru mayanın içərisinə biraz ilıq su əlavə edin və qarışdırın.
✅ Yoğurma qabına un əlavə edin. Un burada mütləq ələkdən keçirilməlidir. Un ələkdən keçirilərkən içərisində yad cisim varsa onlardan qurtarılır. Eyni zamanda ələmə zamanı un havalanır. Bu da xəmirin daha keyfiyyətli alınması üçün vacib amildir.
✅ Ələkdən keçirilən una duz vurulur və qarışdırın
✅ Şəkər tozu da una əlavə edilir və qarışdırın
✅ Unun ortası açılır. Buraya suda isladılmış maya əlavə edin
✅ Xəmir yoğrulmağa başlayın.
✅ Xəmirə duru yağ əlavə edin.
✅ Xəmirin qatılığına görə ehtiyac olduğu qədər ilıq su əlavə edin.
✅ Xəmir yoğrulub ələ yapışmamağa başladıqda artıq xəmir hazır sayılır.
✅ Bir qabın içərisinə un səpin. Xəmiri bu qaba qoyun. Üzərini streç filmlə bağlayın. Xəmirin daha yaxşı mayalanması üçün üzərini təmiz bir bezlə örtün.
✅ Xəmirin mayalanması üçün təqribən 1 saat gözlədin.

🍪 Puf Çörək (videolu) Bişirilmə Qaydası
2

✅ Mayalanan xəmirin üzərini açın. Havasını alın.
✅ Masanın üzərinə un səpin. Xəmiri buraya alın.
✅ Xəmiri mümkün olduğu qədər bərabər parçalara bölün.
✅ Kündələr hazırlayın.
✅ Kündələrina qurumaması üçün üzərlərini streç filmlə örtün.
✅ Kündələri bir vərdənə vasitəsi ilə çox incə olmayacaq şəkildə açın.
✅ Təqribən 0,5 sm qalınlıqda yuxa yayın.
✅ Tavanı isidin.
✅ Yuxanı orta temperaturda bir üzünü, sonra da ikinci üzünü bişirin.
✅ Xəmir yavaş yavaş qabarmağa başladığı zaman taxta qaşıq vasitəsi ilə qabarıqlığın yayılmasına kömək edin.
✅ Şar kimi şişən puf çörəyin hər iki tərəfinin də yanmadan bişməsi üçün bir - iki dəfə çevirin.

❤️ Nuş olsun!