Yazdırma Seçimləri:

Qapalı Lahmacun

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lahmacun çox sevilən reseptlərdən biridir. Evdə də lahmacunu restoranlardakı kimi dadlı hazırlamaq mümkündür. Sizlər üçün yanına da bol sumaqlı soğanla birlikdə süfrəyə vermək üçün dadlı bir lahmacun hazırladıq.

Qapalı lahmacun

Xəmir Üçün Lazım Olan Ərzaqlar
 4,50 stəkan un
 1 yemək qaşığı quru maya
 1,50 stəkan su
 duz
İçlik Üçün lazım Olan Ərzaqlar
 500 q qiymə
 2 ədəd soğan
 2 ədəd çəyirdəkləri çıxardılmış pomidor
 1 dəstə cəfəri
 1 çay qayığı bibər tomatı
 duz
 istiot
 5 yemək qaşığı zeytun yağı
Üzəri Üçün Lazım Olan Ərzaqlar
 yumurta sarısı
Qapalı Lahmacun Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu yoğurma qabına ələyin.
✅ Duz, quru maya və istiotu ayrıca kasalara yığın.
✅istifadə edəcəyiniz əti yuyub suyunu süzün.
✅İstifadə edəcəyiniz bibər tomatını kasaya alın.
✅Cəfərini təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅Zeytun yağını bir stəkana süzün.
✅Yumurtanı və pomidoru yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Soğanı soyub kasaya yığın.
✅lazım olacaq suyu stəkana süzün.

Qapalı Lahmacun Üçün Ərzaqların hazırlanması
2

✅ Mayanı bir su stəkanı ilıq suda əridin .
✅ Cəfərini və soğanı kiçik -kiçik doğrayın.
✅ Pomidorun İçindəki tumları təmizləyib doğrayın.
✅ Yumurtanın ağını sarısından ayırın.
✅ Əti qiymə halına salın.

Qapalı Lahmacun Üçün Xəmirin Hazırlanma
3

✅ Geniş bir kasaya unu alıb maya və duz əlavə edərək ələ yapışmayacaq bir xəmir əldə edin.
✅ Üzərini qapadıb xəmiri mayalandırın.
✅ Mayalanan xəmirdən iri kündələr ayırın.

Qapalı Lahmacun Üçün İçliyin Hazırlanması
4

✅ Soğanı incə- incə doğrayın.
✅ Duru yağda qovurun.
✅ Üzərinə qiyməni əlavə edin.
✅ Tomatı da əlavə edib qovurun.
✅ Sonra doğranmış pomidoru, duz və istiotunu qatın.
✅ Ən son incə doğranmış cəfəri əlavə edin.
✅ Ocaqdan alın.

Qapalı Lahmacunun Bişirmə Qaydası
5

✅ Xəmirdən iri parçalar alıb tabaq böyüklüyündə açın.
✅ Ortasına qiyməli xərcdən alın və ikiyə qatlayaraq qapadın.
✅ Üstünə yumurta sarısını sürtüb öncədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Qapalı Lahmacun Servis Edilməsi
6

✅ İsti-isti servis edin.

Nuş Olsun!