Yazdırma Seçimləri:

Qara Düyü Plovu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Hər keçən gün yeni bir qida qaynağını kəşf etməyə davam etdiyimiz köşəmizin bugünkü qonağı ilk dəfə görən hər kəsi təccübləndirən qara düyü olsun istədik!
Qara düyünün içində də dəmir, qida lifi, protein və karbonhidrat var. Həddən çox maqnezium istehsal etdiyi üçün daha çox faydalıdır. Qara düyü B1, B2, E vitaminləri ilə daha çox zəngindir. Güclü antioksidant sayəsində bədəni yad cisimlərdən qoruyur. Bədənin immunitet sistemini qoruyur. Ürək damar sağlığı üçün çox faydalıdır.Veqan və vegeteryanlar üçün yaxşı qida mənbəyidir. Şəkər xəstələri üçün ən ideal bir düyü növüdür.

Qara düyü plovu

Qara Düyü Plovu Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan qara düyü
 6 stəkan isti su
 45 q kərə yağı
 duz
Qara Düyü Plovunun Üzəri Üçün
 rəndələnmiş limon qabığı
Qara Düyü Plovu Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz düyünü ayırtlayıb yuyun.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
✅ İstifadə edəcəyiniz duzubir kasaya yığın.
✅ Bişirmək üçün lazım olan suyu bankaya süzün.
✅ İstifadə edəcəyiniz limonu yuyub bir mətbəx dəsmalının üzərinə alın.
✅ Plovu bişirəcəyiniz qazanı yuyub içərisiə suyu tökün.

Qara Düyü Plovu Üçün Ərzaqların Hazırlanması
2

✅ Düyünü təmizləyin.
✅ Təmizləmiş olduğunuz düyünü təmiz-təmiz yuyub ilıq suda 15-20 dəqiqəyə yaxın suda saxlayın.
✅ Bundan sonra islatdığınız düyünü süzün.
✅ İstifadə edəcəyiniz kərə yağı tavada əridin.
✅ Düyü bişirmək üçün lazım olacaq suyu bir şüşə bankaya yığın.
✅ İstifadə edəcəyiniz limonu rəndələyin.

Qara Düyü Plovunun Bişirilmə Qaydası
3

✅ Yuyub süzdüyünüz düyünü və duzu əlavə edərək kərə yağında azca qovurun.
✅ Qovurduğunuz düyünün üzərinə isti su əlavə edib qazanın qapağını qapadın.
✅ Qara düyü daha gec bişdiyi üçün i stəkan düyü üçün 1, 5 stəkan su yerinə 3 stəkana yaxın su əlavə edin ki düyü bişsin.
✅ Qaynamağa başlayınca ocağın altını azaldın və düyünün suyu tamamən çəkilənə qədər bişirin.
✅ Üzərinə kağız dəsmal qapadıb dəmlənməyə qoyun.

Qara Düyü Plovunun Servis Edilməsi
4

Rəndələmiş olduğunuz limon qabığı rəndəsiylə plovu süsləyərək isti halda servis edin.
Düyü plovunun yanında istədiyiniz salat və içəcklər də təqdim edə bilərsiniz.

Nuş Olsun!