Yazdırma Seçimləri:

Qarabağ kətəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 20 dəq

Qarabağ kətəsi

Lazım olan ərzaqlar
 1 paket Kenton qabartma tozu
 1 yemək qaşığı quru maya
 0,50 stəkan süd
 0,50 stəkan duru yağ
 3 yemək qaşığı şəkər tozu
 1 ədəd yumurta
 1 çimdik duz
 0,50 kq un
İçi üçün
 1 stəkan un
 150 q Kenton şəkər kirşanı
 100 q kərə yağı
 1 paket Kenton vanil
Üzəri üçün
 1 ədəd yumurta sarısı
 küncüt
Xəmirin hazırlanma qaydası
1

kətə qarabağ

Unu yoğurma qabına alın.
unun üzərinə duz, yumurta, maya və şəkər tozu və duru yağı əlavə edib qarışdırın.
Bir az qarışdırdıqdan sonra üzərinə Kenton qabartma tozunu da əlavə edin.
Sonra südü də əlavə edərək yoğurmağa başlayın.
Xəmir hazır olduqdan sonra 1 saat gözlədin.

İçliyin hazırlanma qaydası
2

kətə qarabağ

Bir qabın içərisinə unu əlavə edin.
Unun üzərinə şəkər pudrasını, şəkərli vanilini əlavə edib qarışdırın.
Bunların üzərinə isə otaq temperaturunda olan kərə yağını əlavə edin.
Kərə yağnı da una daxil etdikdən sonra unla ovaraq umac hazırlayın.

Bişirilmə qaydası
3

qarabağ-ketesi

Mayalanmış xəmirdən kiçik kündələr ayırın.
Kündələri oxlov ilə yayın.
yaydığınız yaymanın içərisinə hazırladığınız içlikdən qoyub bükün.
İçlik qoyulmuş xəmiri əlinizlə yumruladıqdan sonra yenidən azca yayın.
Üzərinə yumurta sarısını bir fırça yardımı ilə çəkib çəngəl yardımı ilə naxış vurun.
Bundan sonra üzərinə küncüt səpin.
Sobanı əvvəlcədən 160 dərəcə qızdırın.
160 dərəcə temperaturda 25 dəqiqə üzəri qızarana qədər bişirin.
İsti və ən çox soyuq halda çayın yanında servis edə bilərsiniz.

Nuş olsun!