Yazdırma Seçimləri:

Qarabağ Kətəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 20 dəq

Azərbaycan mətbəxi ən dadlı və zəngin mətbəxlərdən biridir. Bu gün 1001dad.com saytı milli şirniyyatlarla zəngin olan Azərbaycan mətbəxindən Qarabağ bölgəsinə məxsus Qarabağ kətəsinin reseptini təqdim edir.

Qarabağ kətəsi

🫓 Qarabağ Kətəsi Üçün Lazım Olan Ərzaqlar
 1 paket Kenton qabartma tozu
 1 yemək qaşığı quru maya
 0,50 stəkan süd
 0,50 stəkan duru yağ
 3 yemək qaşığı şəkər tozu
 1 ədəd yumurta
 1 çimdik duz
 0,50 kq un
🫓 Qarabağ Kətəsinin İçliyi Üçün
 1 stəkan un
 150 q Kenton şəkər kirşanı
 100 q kərə yağı
 1 paket Kenton vanil
🫓 Qarabağ Kətəsinin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 küncüt
🫓Qarabağ Kətəsi Üçün Xəmirin Hazırlanma Qaydası
1

kətə qarabağ

✅ Unu yoğurma qabına ələyin.
✅ Unun üzərinə duz, yumurta, maya ,şəkər tozu və duru yağı əlavə edib qarışdırın.
✅ Bir az qarışdırdıqdan sonra üzərinə Kenton qabartma tozunu da əlavə edin.
✅ Sonra südü də əlavə edərək yoğurmağa başlayın.
✅ Hazır xəmir elastik olmalı, ələ yapışmamalıdır.
✅ Üzərini strec filmlə örtüb 1 saat isti yerdə gözlədin.

🫓Qarabağ Kətəsi Üçün İçliyin Hazırlanma Qaydası
2

kətə qarabağ

✅ Bir qabın içərisinə unu əlavə edin.
✅ Unun üzərinə şəkər pudrasını, şəkərli vanilini əlavə edib qarışdırın.
✅ Bunların üzərinə isə otaq temperaturunda olan kərə yağını yumşaldıb əlavə edin.
✅ Kərə yağını da una daxil etdikdən sonra unla ovaraq umac hazırlayın.

🫓Qarabağ Kətəsinin Bişirilmək Üçün Hazırlanma Qaydası
3

qarabağ kətəsi

✅Mayalanmış xəmirdən kiçik kündələr ayırın.
✅ Kündələri oxlov ilə yayın.
✅ Qeyd edək ki, yuxaların ortası qalın, kənarları isə incə olmalıdır.
✅ Yaydığınız yaymanın içərisinə hazırladığınız içlikdən qoyun.
✅ Yuxanın kənarlarını mərkəzə doğru bükün.
✅ Ona yuvarlaq forma verib, bükülü hissəsini aşağıya doğru çevirin.
✅ İçlik qoyulmuş xəmiri azca yayın.
✅ Qarabağ kətəsi xəmirinin üstünü bir neçə yerdən çəngəllə dəlin ki, içərisində hava qalmasın.
✅ Üzərinə bir fırça yardımı ilə yumurta sarısını çəkib çəngəl ilə naxış vurun.
✅ Bundan sonra üzərinə küncüt səpin.
✅ Soba sinisinə kətələri məsafəli şəkildə düzərək dəsmalla üzərlərini örtüb 15 dəqiqə kənarda saxlayın.

🫓Qarabağ Kətəsinin Bişirilmə Qaydası
4

✅Sobanı əvvəlcədən 160 dərəcə qızdırın.
✅160 dərəcə qızdırdığınız sobada kətənin üzəri qızarana qədər 25 dəqiqə bişirin.
✅ Kətənin üzəri qızardıqdan sonra sobadan çıxardaraq soyumağa buraxın.

🫓Qarabağ Kətəsinin Servis Edilməsi
5

✅İsti və ən çox da soyuq halda pürrəngi çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!