Yazdırma Seçimləri:

Qarğıdalı Unlu Duzlu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

Qarğıdalı unlu və duzlu keks

Lazım Olan Ərzaqlar
 2,50 stəkan un
 1 stəkan qarğıdalı unu
 1 paket qabartma tozu
 2 ədəd yumurta
 1 stəkan süd
 125 q kərə yağı
 5 ədəd qurudulmuş pomidor
 1 stəkan bişmiş qarğıdalı
 ½ stəkan doğranmış qara zeytin
 ½ stəkan rəndələnmiş pendir
 ¼ dəstə doğranmış şüyüd
 ¼ dəstə doğranmış cəfəri
 3 ədəd doğranmış təzə soğan
 duz
 istiot
Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 1 yemək qaşığı küncüt
Qarğıdalı Unlu Duzlu Keks Üçün Lazım Olan Ərzaqlar
1

✅ İstifadə edəcəyiniz unu kasaya yığın.
✅ Lazım olacaq kərə yağını kasaya yığın.
✅ Lazım olacaq qarğıdalı unununu kasaya ələyin.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz qurudulmuş pomidoru isladıb kasaya yığın.
✅ Lazım olacaq duz, qabartma tozunu kasalara yığın.
✅ Lazım olacaq bişmiş qarğıdalının suyunu süzüb kasaya yığın.
✅ İstifadə edəcəyiniz südü stəkana süzün.
✅ İstidadə edəcəyiniz qara zeytunu doğrayıb kasaya yığın.
✅ Lazım olacaq qədər tərəvəzləri təmizləyib yuyub mətbəx dəsmalının üzərinə yığın.

Xəmirin Hazırlanma Qaydası
2

✅ Dərin bir kasaya qarğıdalı unu və buğda ununu ələyin.
✅ Qabartma tozunu əlavə edib qarışdırın.
✅ Ayrı bir kasada yumurtaları çırpın.
✅ Üzərinə südü əlavə edərək qarışdırın.
✅ Əridib soyutduğunuz kərə yağı, küp doğradığınız qurudulmuş pomidor, bişirilmiş qarğıdalı dənələri, doğranmış qara zeytin, rəndələnmiş pendir, incə -incə doğranmış göyərti, duz və istiotu da əlavə edərək yaxşıca qarışdırın.

Keksin Bişirilməsi
3

✅ Hazır xəmiri dörtkünc bir keks qəlibinə tökərək üzərinə çırpılmış yumurta sarısı sürtüb küncüt səpin.
✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅ 180 dərəcə qızdırdığınız sobada keksi 30-35 dəqiqə bişirin.
✅Üzəri qızarandan sonra sobadan çıxardın.

Keksin Servis Edilməsi
4

✅ Soyuduqdan sonra dilimləyərək servis edin .

Nuş Olsun!