Yazdırma Seçimləri:

Qarışıq Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

🍕Qarışıq Pizza Üçün Lazım Olan Ərzaqlar
 5 stəkan Bismak un
 1 paket maya
 xörək duzu
 2 stəkan ilıq su
 4 yemək qaşığı Asnaf maye yağ
 Pizzanın altına səpmək üçün Bismak unu
 1 yemək qaşığı şəkər tozu
🍕 Sosu Üçün
 2 stəkan pomidor sosu
 1 çimdik quru kəklikotu
 Asnaf maye yağ
 duz
 bibər
🍕 Üzəri Üçün
 Gouda pendiri
 kolbasa
 göbələk
 zeytun
🍕Pizza Sosun Hazırlanma Qaydası
1

✅Əvvəlcə pizzanın sosunu hazırlayın.
✅ Blenderə pomidor sosunu, bibəri, kəklikotunu , duz və duru yağı əlavə edərək qarışdırın.
✅ Artıq sosunuz da hazırdır.

🍕 Pizza Xəmirinin Hazırlanması
2

✅Bunun üçün Mətbəx kombaynına 4-5 stəkan Bismak ununu tökün.
✅Sonra içərisinə mayanı, şəkər tozu, Asnaf duru yağını, lazım olan qədər duzu və ilıq suyu əlavə edərək çox da bərk olmayan bir xəmir hazırlayın.
✅ Unu çox qatmayın ki, xəmir yumşaq olsun.
✅ Yumşaq ələ yapışmayan bir xəmir yoğurun.
✅ Xəmirin üzərini örtərək 40 dəqiqəyə yaxın mayalanması üçün gözləyin.

🍕 Pizza Xəmirinin Bişirilməsi
3

✅Mayalanan xəmiri kündələyin.
✅ Xəmiri şüşə qab və ya soba sinisi ölçüsündə açın.
✅ Sonra yağlanmış dairəvi odadavamlı şüşə qaba və ya soba sinisinin üzərinə alın.
✅ Orta hissəsindən çəngəllə deşin.
✅ Bu şəkildə bişərkən çox qabarmayacaq və qalın bir xəmir olmayacaqdır.
✅ Bu xəmiri əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış sobada 10 dəqiqə bişirin.

🍕 Pizzanın Bişirilməsi
4

✅ Əvvəlcə bişirdiyiniz yaymanın üzərinə hazırladığınız pomidor sosunu çəkin.
✅Sonra rəndələnmiş Gouda pendirini səpin.
✅ Pendirin üzərinə doğradığınız göbələkləri əlavə edin.
✅ Gobələklərin üzərinə doğradığınız kolbasanı və zeytunu əlavə edin.
✅ Qarğadalı konservini də əlavə edin.
✅Bu ərzaqları düzdükdən sonra sobada yenidən 10 dəqiqə bişirin.
✅ Ərzaqlar bişdikdən sonra sobadan alın.

Pizzanın Servis Edilməsi
5

✅Pizza hazır olduqdan sonra isti-isti dilimləyərək servis edin.
✅ İstəsəniz ayranla və ya çayla birlikdə servis edə bilərsiniz.

🍕 Diqqət
6

✅ Pizza xəmirinin suyu isti olmalıdır.
✅ Rəndələdiyiniz pendiri dondurmaya qoysanız bişirərkən yanmayacaq və daha yaxşı əriyəcəkdir.
✅ Bişirməzdən əvvəl xəmirin bir neçə yerinə çəngəl batırın.

Nuş Olsun!