Yazdırma Seçimləri:

Qarışıq salat

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Qarışıq salat

Lazım olan ərzaqlar
 1 dəstə reyhan
 1 dəstə fəsləyən
 ½ dəstə şüyüd
 ½ dəstə roka
 ½ dəstə ispanaq
 ½ dəstə kahı
 1 dəstə semizotu
 ½ dəstə cəfəri
 2 ədəd pomidor
 2 ədəd xiyar
 1 ədəd dolmalıq qırmızı bibər
 50 q çeçil pendir
 1 ədəd limon
 duz
 sumaq
 1 yemək qaşığı narşərab
 zeytun yağı
Hazırlanma qaydası
1

Zeytun yağı, limon suyu, duz, sumaq və narşərab bir şüşə bankaya qoyulur.
Duz əriyib qarışana qədər qarışdırılır.
Dolmalıq bibər közlənir, qabığı soyulur.
Bundan sonra incə - incə doğranır.
Çeçil pendir liflərə ayrılır.
Göyərtilərin hamısı əvvəlcə təmiz yuyulur, sonra kiçik - kiçik doğranılır.
Pomidor və xiyar yuyulur və dilimlənir.
Bütün məhsullar qarışdırılır və servis edilir.

Nuş olsun!