Yazdırma Seçimləri:

Qarışıq turşu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqÜmumi Vaxt40 dəq

Qarışıq turşu

Lazım olan ərzaqlar
 1 ədəd kələm
 500 q kök
 500 q qırmızı bibər
 5 diş sarımsaq
 2 yemək qaşığı limon duzu
 duz
 kərəviz yarpaqları (istərsəniz)
Hazırlanma qaydası
1

Qarışıq turşu

Kələmin üst yarpaqları alın və yuyun.
Kələmi əvvəlcə 5-6 hissəyə bölün sonra 3-4 mm incəliyində doğrayın.
Kökləri rəndələyin.
Qırmızı bibəri yuyun.
Toxumlarını təmizləyin.
Onu da doğrayın.
Sarımsaqları təmizləyin.
Onları da 4-5 yerə doğrayın.
Kərəviz yarpaqlarını da yuyun və incə- incə doğrayın.
Limon duzunu narın əzin.
Böyükçə bir qazana doğradığınız kələmi, qırmızı bibər,kərəviz yapraqları ,sarımsaq və rəndələdiyiniz kökləri qoyun.
Üzərinə limon duzunu və normal duzu səpin və əlinizlə bütün ərzaqları bir-birinə qarışdırın.
Həm də əllərinizlə sıxaraq ovuşdurun.
5-6 dəqiqə belə ovuşdurun.
Bütün ərzaqları böyük şüşə bankaya əlinizlə basdıraraq yerləşdirin.
Qapağını möhkəm bağladıqdan sonra işıq almayan sərin bir yerdə (10-12 dərəcə temperaturda) saxlayın.
15-20 gün sonra iştaha ilə yeyə bilərsiniz.