Yazdırma Seçimləri:

Qarpız qabığı mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı1 dəqÜmumi Vaxt1 dəq

Qarız qabığı mürəbbəsi

Lazım olan ərzaqlar
 2 ədəd uzununa kəsilmiş qarpız qabığı dilim
 2 stəkan su
 3 stəkan şəkər
 78 ədəd mixək
 limon suyu
Hazırlanma qaydası
1

Qarpız qabığının yaşıl hissəsini soyun.
Qalan ağ hissəsini isə incə dilimlər ilə dilimləyin.
Qazana suyu qoyub qaynadın və qarpız qabıqlarını ataraq vam odda 40-45 dəqiqə qaynadın.
Qarpız qabıqları yumşaldıqdan sonra şəkəri atın.
Sonra mixəyi də ataraq ara-sıra qarışdıraraq daha 30-35 dəqiqə bişirin.
Qarpız qabığı mürəbbəsindən alınan bir damcını soyuq bir tabağa damcılladanda top kimi yuvarlanırsa mürəbbə hazırdır demək.
Limon suyunu da əlavə edib 2 dəqiqə daha bişirib isti halda bankalara yığıb ağzını möhkəm bağlayın.

Nuş olsun!