Yazdırma Seçimləri:

Qarssayağı tikə kabab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

Tikə kabab

Hər payı üçün lazım olan ərzaqlar
 350 q qoyun əti
 100 q qoyun böyrəyi
 100 q baş soğan(yarısı marinadlaşdırmaq üçün)
 göy soğan
  limon
 cəfəri
 sumaq
  istiot
 duz
Hazırlanma qaydası
1

Qoyun cəmdəyinin bel hissəsindən bütöv tikələr və böyrəkləri götürün.
Qızartmazdan əvvəl əti soyuq yerdə 3-4 saat saxsı yaxud minalı qabda soğanla birlikdə marinadlaşdırın.
Bişiriləndə əti böyrəklərlə birlikdə duzlayıb şişə taxın və manqalda alovsuz közərmiş kömür üzərində qızardın.
Xörək süfrəyə veriləndə yanına soğan, sumaq, limon, istiot və duz qoyun.
Mövsümə uyğun olaraq istədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz.
Qızarmış kababları isti-isti servis edin.

Nuş olsun!