Yazdırma Seçimləri:

Qat-Qat Yumşaq Açma 

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt50 dəq

Qat-qat açmanı qəhvəaltı süfrələrində çörək yerinə, ara öyünlərdə , uşaqların çantalarında, çay saatlarında tükədə biləcəyiniz bir reseptdir. Yumuşacıq qabaran mayalı xəmirin ləzzətindən, ətrindən doymaq olmur.

tel-tel açma

🫓Lazım Olan Ərzaqlar
 2 stəkan İlıq süd
 ½ stəkan İlıq su
 1 stəkan duru yağ
 2 ədəd yumurta
 1,50 yemək qaşığı maya
 3 yemək qaşığı şəkər tozu
 20 q duz
 8,50 stəkan un(ələ yapışan xəmir)
 1 yemək qaşığı kərə yağ
🫓 İçərisi Üçün
 yumşaq kərə yağı
🫓 Üzəri Üçün
 yumurta sarısı
 1 yemək qaşığı duru yağ
 çörək otu
🫓Lazım Olan Ərzaqların Yığılması
1

tel-tel açma

✅ İstifadə edəcəyiniz unu bir kasaya yığın.
✅ Lazım olan yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.
✅ Açma üçün lazım olacaq duru yağı, suyu və südü ayrı-ayrı stəkanlara süzün.
✅ Lazım olan mayanı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu və şəkər tozunu ayrı-ayrı kasalara yığın.
✅ Üzərinə səpəcəyiniz çörək otunu da kiçik bir kasaya yığın.

🫓Xəmirin Hazırlanması
2

✅ Dərin bir kasanın içərisinə maya və şəkər tozunu qoyun.
✅ Üzərinə 2 stəkan ilıq süd və ysrım stəksn ilıq su töküb qarışdırın.
✅ Bu şəkildə 5 dəqiqə gözlədin.
✅ Sonra qarışımın üzərinə 2 yumurta qırın.
✅ Yumurtalardan birinin sarısını açmanın üzərinə vurmaq üçün ayırın.
✅ Ardından 1 stəkan duru yağı, 1 yemək qaşığı kərə yağı , duzu və 8.5 stəkan unu yavaş yavaş əlavə edin.
✅ Ələ yapışmayan və olduqca yumşaq bir xəmir əldə edin.
✅ Yoğurma işi bitdikdən sonra xəmirin üzərini örtüb 40-45 dəqiqəyə yaxın mayalanmağa buraxın.

🫓Açmanın Hazırlanması
3

✅ Mayalanan xəmirdən qozdan iri kündələr hazırlayın.
✅ Xəmiri rahat aça bilmək üçün dəzgahın üzərini və əlinizi duru yağla azca yağlayın.
✅ Bütün kündələri əlinizlə açın.
✅ Xəmirin üzərinə yumşalmış kərə yağından sürtərək rulon şəklində qatlayın.
✅ Rulon kimi etdiyiniz xəmirin hər iki ucundan çəkərək uzadın.
✅ Xəmirin uclarından tutaraq burğu şəklində iki ucundan tərs yönlərə  döndürün.
✅ Burğu kimi etdiyiniz xəmirin hər iki ucunu birləşdirin.
✅ Açmaları içərisinə yağlı kağız sərilmiş soba sinisinə yığın.
✅ Açmaların üzərinə çəkmək üçün yumurta sarısı və duru yağı qarışdırın və fırça ilə açmaların üzərinə çəkin.
✅ Açmaların üzərini qapadıb 20-25 dəqiqə mayalanmağa qoyun.
✅Sobanı əvvəlcədən 200 dərəcə qızdırın.
✅Açmaların üzəri qızarana qədər bişirin.

🫓 Açmanın Servis Edilməsi
4

Bişirdiyiniz açmanı sobadan aldıqdan sonra bir az soyudub çayla birlikdə servis edə bilərsiniz.
Sabah naharında ara öyünlərdə sevərək tükədə biləcəyiniz bir yeməkdir

Nuş Olsun!