Yazdırma Seçimləri:

Qatıqlı quzu əti

Verimlilik3 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Qatıqlı quzu əti

Lazım olan ərzaqlar
  quzu əti
 yağlı qatıq
 duz
 qara istiot
 baş soğan
 sarımsaq
 sarıkök
 dəfnə yarpağı
 iyli göyərtilər
Hazırlanma qaydası
1

Qatıqlı quzu əti yeməyi hazırlamaq üçün qalın altlıqlı metal qazana ehtiyac var.
Qazanın alt hissəsi incə olmamalıdır.
Yeməyi hazırlamaq üçün əvvəlcə baş soğanlar soyulur, kiçik - kiçik doğranılır.
Sarımsaqlar da həmçinin soyulur və doğranılır.
Doğranılan sarımsaq və soğan qazana qoyulur.
Soğan bol olmalıdır.
Bundan sonra qazandakı sarımsaq və soğana duz və ədviyyatlar: əzilmiş qara istiot və sarıkök də əlavə edilir.
Bütöv soğan və sarımsaq xoşlayırsınızsa doğranmış soğan və sarımsaqla yanaşı ortadan iki kəsilmiş bütöv soğan və sarımsaq da əlavə etmək olar.
Bundan sonra ədviyyatlı soğanın üzərinə qatıq (və ya kefir) əlavə edilir.
Qatığın da üzərindən çox az duz səpilir.
Doğranmış qoyun qabırğa hissəsindən ət tikələri səliqə ilə qazana qatığın üzərindən düzülür.
Quzu ətinin üzərindən isə doğranmamış bütöv bibər, iyli otlar, dəfnə yarpağı qoyulur.
Bibərin doğranmadan bütöv qoyulması, bibər bişdikdən sonra ona özünə xas dad verir.
Hazırlıqlar qurtardıqdan sonra qazanın qapağı örtülür və vam odda bişirilməyə başlanır.
Yeməyi arada qarışdıraraq bişirmək lazımdır.
Qarışdırılmadığı təqdirdə qatıqlı quzu əti yeməyinin alt hissəsi (ədviyyatlı soğan və sarımsaq) duzlu olar, digər hissələri (quzu əti) isə duzsuz qalar.

Qeyd!
2

Qatıqlı quzu əti yeməyini bişirərkən qapağın iç hissəsinə bir dəsmal və ya kağız dəsmal qoyun.
Bu, suyu çəkəcək və yeməyin üzərinə su damcıldamayacaq.
Diqqət etdinizsə, yeməyə yağ əlavə etmədik.
Ancaq istəyə görə yağ əlavə etmək mümkündür.
Qatıqlı quzu əti yeməyini bişirərkən, quzu əti yerinə toyuq əti də istifadə etmək olar.
Bununla yanaşı əgər dadını xoşlamırsınızsa sarı kök (zərdəçal) istifadə etməyin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 3