Yazdırma Seçimləri:

Qatıqlı Sulu Kartof

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt50 dəq

Qatıqlı sulu kartof

Lazım Olan Ərzaqlar
 5 ədəd kartof
 2,50 stəkan süzmə qatıq
 2 stəkan bişirilmiş noxud
 200 q quşbaşı doğranmış ət
 duz
Hazırlanma Qaydası
1

Qatıqlı sulu kartof

✅ Kartofları çox da əzilməyəcək şəkildə bişirin.
✅ Bişib bişmədiyini bilmək üçün bıçaq yardımı ilə yoxlayın .
✅ Bıçaq rahat batırsa demək bişibdir.
✅ Əvvəlcə ətləri və noxudları yuyub buxar qazanında bir miqdar suyla 25-30 dəqiqə bişirin.
✅ Kartofları soyub iri kubik halında doğrayın.
✅ Ətlər bişincə kartofları da əlavə edin.
✅ Əgər suyu az isə kartofların üzərini az bir miqdar keçəcək qədər isti su əlavə edin ( qatıq da sulandıracağı üçün çox su koymayın).
✅ Kartoflar bişənə qədər təxminən 10 dəqiqəyə yaxın da kartoflarla birlikdə qaynadın.
✅ Qatığı da başqa bir qazana alıb üzərinə bişən yeməyin suyundan az- az əlavə edərək sürətli qarışdıraraq vam odda bişirin.
✅ İstərsəniz qatığın çürüməməsi üçün yumurta da əlavə edə bilərsiniz.
✅ Qatığı yemək ilə eyni istiliyə gəlincəyə qədər yavaş- yavaş qarışdıraraq əlavə edin və bir az qaynatdıqdan sonra ocağı söndürün.
✅ Çürüməməsi üçün çox qaynatmayın.
✅ Bir tavada zeytun yağının üzərinə bolca sarıkök, bir qaşıq istiot qoyub qovurun.
✅ Hazırladığınız sosu yeməyin üzərinə gəzdirin.
✅ Yanında bulğur plovu da bişirə bilərsiniz .
✅ Olduqca ləzzətli olur.

Nuş Olsun!