Yazdırma Seçimləri:

Qatıqlı Sulu Kartof

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt50 dəq

Bu gün süfrəyə fərqli və ləzzətli bir yemək qoymaq istəyirsinizmi . İstəyirsinizsə sizlərə gözəl bir resept təqdim edəcəyik. İlk növbədə ağlımıza kabablar gelir. Ancaq bizim mətbəximizdə kabablar qədər sulu yeməklərimiz də olduqca dadlı və ləzzətli olur. Sulu yeməklərin üzərinə bir də bol kərə yağında qızardılan zəfəran və yaxud da sarıkök əlavə edilsə dadından doyulmayacaq bir yemək olacaqdır.

Qatıqlı sulu kartof

Lazım Olan Ərzaqlar
 5 ədəd kartof
 2,50 stəkan süzmə qatıq
 2 stəkan bişirilmiş noxud
 200 q quşbaşı doğranmış ət
 duz
🥔Qatıqlı Sulu Kartof Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz kartofları soyaraq suya qoyun.
✅İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.
✅Lazım olacaq əti yuyub aşsüzənə yığın.
✅İstifadə edəcəyiniz noxudu ayırlayıb yuyuaraq bir gün əvvəlcədən isladın.
✅İstifadə edəcəyiniz duzu kasaya yığın.

🥔Qatıqlı Sulu Kartof Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz əti quşbaçı doğrayın.
✅İslatdığınız noxudu qaynadın.
✅Bişirəcəyiniz kartofu iri kubik şəklində doğrayın.
✅ Qatığı bir az suyla durulaşdırın.

🥔 Qatıqlı Sulu Kartofun Bişirilməsi
3

Qatıqlı sulu kartof

✅ Kartofları çox da əzilməyəcək şəkildə bişirin.
✅ Bişib bişmədiyini bilmək üçün bıçaq yardımı ilə yoxlayın .
✅ Bıçaq rahat batırsa demək bişibdir.
✅ Əvvəlcə ətləri və noxudları yuyub buxar qazanında bir miqdar suyla 25-30 dəqiqə bişirin.
✅ Kartofları soyub iri kubik halında doğrayın.
✅ Ətlər bişincə kartofları da əlavə edin.
✅ Əgər suyu az isə kartofların üzərini az bir miqdar keçəcək qədər isti su əlavə edin ( qatıq da sulandıracağı üçün çox su qoymayın).
✅ Kartoflar bişənə qədər təxminən 10 dəqiqəyə yaxın da kartoflarla birlikdə qaynadın.
✅ Qatığı da başqa bir qazana alıb üzərinə bişən yeməyin suyundan az- az əlavə edərək sürətli qarışdıraraq vam odda bişirin.
✅ İstərsəniz qatığın çürüməməsi üçün yumurta da əlavə edə bilərsiniz.
✅ Qatığı yemək ilə eyni istiliyə gəlincəyə qədər yavaş- yavaş qarışdıraraq əlavə edin və bir az qaynatdıqdan sonra ocağı söndürün.
✅ Çürüməməsi üçün çox qaynatmayın.
✅ Bir tavada zeytun yağının üzərinə bolca sarıkök, bir qaşıq istiot qoyub qovurun.
✅ Hazırladığınız sosu yeməyin üzərinə gəzdirin.

🥔Qatıqlı Sulu Kartofun Servis Edilməsi
4

✅ Bu yeməyi servis edərkən yanında bulğur plovu da bişirə bilərsiniz .
✅ Olduqca ləzzətli olur.
✅Yeməyi soyutmadan isti-isti servis etməyə çalışın.

Nuş Olsun!