Qatıqlı yaşıl lobya

Qatıqlı yaşıl lobya yeməyi üçün lazım olan ərzaqlar:
- 400 q təzə lobya,
- 300q quşbaşı ət- bərabər bişirmək üçün kiçik bir soğan,
- 2 orta boy kartof,
- 3 su stəkanı qatıq,
- 1 təpələmə yemək qaşığı un,
- 1 yumurta
Sosu üçün:
- 1 orta boy soğan,
- 1 yemək qaşığı kərə yağı,
- 3-4 yemək qaşığı zeytun yağı,
- 1 şirniyyat qaşığı qırmızı bibər,
- Duz
Qatıqlı yaşıl lobya yeməyinin hazırlanma qaydası:
- Əti buxar qazanında kiçik bir soğanla bərabər 25 dəqiqə bişirin.
- Lobyaları 2 cm uzunluğunda doğrayıb ətə əlavə edin.
- Qapağını qapayıb 10 dəqiqə daha bişirin.
- Kartofları küp -küp doğrayıb yeməyə əlavə edin.
- Bu əsnada duzunu da atın.
- Diğər yanda un,qatıq və yumurtanı mümkünsə əl blenderiylə yaxşıca çırpın.
- Bu qarışımı kiçik bir qazana qoyub qaynayana qədər qarışdırın.
- Diğər tərəfdə isə kartofları da bişmiş olan yeməyə əlavə edin.
- Bir az daha qaynadıb ocağın altını qapadın.
- Yağı və çox kiçik doğranmış soğanı tavaya alıb yandırmadan qovurun.
- Soğan və lobyanın özünə xas olan dadı bu yeməyə xüsusi tam verir.
- Bu yeməyi bol acılı da hazırlaya bilərsiniz.
- Sosunu da sadəcə yağa qırmızı bibər və bol nanə əlavə edib hazırlayın.
- Yeməyin qatığının çürüməməsi üçün bişdikdən sonra uzun zaman qazanın qapağını qapalı tutmayın.
- Arada bir qarışdırın.
- Servis edərkən kasaların üzərinə bu sosdan gəzdirin .
Nüş olsun!
Leave a Reply