Yazdırma Seçimləri:

Qaymaqlı İspanaq Şorbası 

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Yaşıl rəngini ispanaqdan alan, qaymağın vasitəsi ilə dadlanan ispanaq şorbası tam bir vitamin deposudur.
İspanaq sevməyənlərin də bu şorbanı istifadə etməsi vacibdir.

ispanak-şorbasi

🍵 Qaymaqlı İspanaq Şorbası Üçün Lazım Olan Ərzaqlar
 500 q İspanaq
 4 yemək qaşığı zeytun yağı
 20 q un
 4 stəkan toyuq bulyonu
 ½ stəkan qaymaq
 1 çimdik istiot
 1 çimdik duz
 100 q baş soğan
🍵Qaymaqlı İspanaq Şorbası Üçün Ərzaqların Yığılması
1

✅İQaymaqlı ispanaq şorbası üçün lazım olan ispanağı yuyb təmizləyin və bir mətbəx dəsmalının üzərinə yığın.
✅İİspanaq şorbası üçün istifadə edəcəyiniz qaymağı bir stəkana süzün.
✅İLazım olacaq duzu kiçik kasaya yığın.
✅İİspanaq şorbası üçün istifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅İŞorbaya qatmaq üçün istifadə edəcəyiniz unu kiçik kasaya alın.
✅İŞorbanı bişirəcəyiniz bulyonu bir qazana süzün.
✅İŞorba üçün lazım olacaq zeytun yağını da bir stəkana süzün.
✅İİstifadə edəcəyiniz istiotu da kasaya yığın.

🍵Qaymaqlı İspanaq Şorbası Üçün Ərzaqların Hazırlanması Və Bişirilməsi
2

ispanak-şorbasi

✅ Quru soğanı kiçik-kiçik doğrayın.
✅ Bol suda yuduğunuz körpə ıspanakq yarpaqlarının suyunu süzdükdən sonra mümkünsə suyunu yaxşı qurudun.
✅ Zeytun yağını geniş bir qazanda qızdırın.
✅ Yeməklik doğradığınız quru soğanları xəfif bir rəng alana qədər qovurun.
✅ Arzuya görə əlinizlə kiçik parçalara ayırdığınız körpə ıspanaq yarpaqlarını qazana əlavə edərək soğanlarla birlikdə qovurun.
✅ Şorbaya dadı və qatılığı verəcək olan unu qatdıqdan sonra iyi çəkilib rəng alana qədər 3-4 dəqiqə qovurun.
✅ Təzə çəkilmiş istiot və duzu da əlavə edin.
✅ İsti olan toyuq suyunu yavaş-yavaş qazana əlavə edin.
✅ Unun topaqlanmaması üçün bir çırpıcı yardımıyla davamlı qarışdıraraq vam qdda bişirin.
✅ Qatılaşmağa başlayan şorbanın çürüməməsi üçün qaymağı yavaş-yavaş əlavə edin.
✅ Qaymağı əlavə etdikdən sonra şorbayı vam odda qaynatmadan bişirməyə çalışın.
✅ Şorbanın altını söndürdükdən sonra sürətli qarışdırın.
✅ Bişən ərzaqların iri-iri olmasını istəmirsinizsə blenderdən keçirdin.
✅ Bu şəkildə 5 dəqiqə daha bişirdiyiniz şorbanı isti-isti servis kasalarına paylaşdırın.
✅ Vitamin və mineral dəyərini artırmaq üçün arzuya görə şorbaya cəfəri də əlavə edə bilərsiniz.
✅Toyuq suyu yerinə ət suyu da istifadə edə bilərsiniz.

🍵Qaymaqlı İspanaq Şorbasının Servis Edilmə Qaydası
3

Qaymaqlı ispanaq şorbasını isti-isti servis edin.

Nuş Olsun!