Yazdırma Seçimləri:

Qaymaqlı Quymaq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Quymaq, insana qüvvət və enerji verən bir yeməkdir. Quymaq, Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən biridir.

Qaymaqlı quymaq

Lazım Olan Ərzaqlar
 200 q qaymaq
 3 yemək qaşığı 3 yemək qaşığı qarğadalı unu və ya buğda unu
 1 stəkan su
👉 Qaymaqlı Quymaq Hazırlanması
1

Qaymaqlı quymaq

✅ Bir tavaya qaymağı qoyub isidin.
✅ Quymaq, vam odda bişirilməlidir.
✅ Qaymaq əriməyə başladığında az- az buğda (və ya qarğıdalı) unu əlavə etməyə başlayın.
✅ Quymağa un əlavə edərkən, eyni zamanda da qarışdırmaq lazımdır. Əks təqdirdə un topalanır.
✅ Quymağın ununu əlavə etdikdən sonra yavaş-yavaş suyunu əlavə edib qarışdırın.
✅ Unu və suyu tökərkən davamlı olaraq qarışdırmağa davam edin.
✅ Qaymağın yağı çıxana qədər vam odda qarışdırmağa davam edin.
✅ Quymağın bişməsini, yağın çıxmasından anlaşılır. Un, tutduğu yağı buraxdığı zaman qaymaqlı quymaq bişmiş qəbul edilir.
✅ Quymağı isti halda süfrəyə verin.

Nuş Olsun!