Yazdırma Seçimləri:

Qaz Ətli Blinçik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat

Qaz ətli plinçik

Lazım Olan Ərzaqlar
 1,50 stəkan süd
 2 ədəd yumurta sarısı
 un ala bildiyi qədər
 yaş maya
 duz
 kərə yağı
İçlik Üçün
 bişmiş qaz əti
 1 ədəd baş soğan
 1 çay qayığı tomat
 qaz ətinin bişdiyi su
 ədviyyat
 duz
Hazırlanma Qaydası
1

✅ Yaş mayanı yarım çay stəkanı ilıq şəkərli suda açın.
✅ Süd, yumurta sarısı, yaş maya, duz və aldığı qədər un əlavəedərək qarışdırın və qatılaşmış halda olan bir xəmir əldə edin.
✅ Xəmiri soyuq olmayan bir yerdə mayalanmaya qoyun.
✅ Arabir diqqət edərək qabaran xəmiri yoğurararaq yatışdırın.
✅ Yapışmaz bir tavanın dibinə çox az kərə yağı əlavə edərək mayalı duru xəmirdən bir çömçə alıb tavaya tökün.
✅ Tavaya tökdüyünüz duru xəmiri tavanın hər yerinə yayıb incəldin.
✅ Üzəri göz- göz olan blinçik xəmirinin diğər üzünü də taxta bir spatula ilə zədələmədən çevirip eyni şəkildə göz -göz oluncaya qədər bişirin.
✅ Blinçik xəmirlərinin üst hissələrini kərə yağ və ya marqarinlə yağlayaraq bir siniyə üst- üstə alın.
✅ Bir başqa qazanda qaz ətinə bir az maye yağ əlavə edərək ətlər yumuşalııncaya qədər qaynadın.
✅ Qazanda olan köpükləri tez-tez təmizləyin.
✅ Ət suyunu incə tel süzgəcdən süzüb bir başqa qazana alın.
✅ İçərisinə bir az istiot və duz əlavə edərək bir az qaynadıb ət suyunuzu hazırlayın.
✅ Qaz ətlərini əlinizlə didikləyib çox iri olmayan lifli parçalar halına gətirin.
✅ Kənarda soyumağa qoyun.
✅ Bir tavada bir baş soğanı doğrayıb qızarana qədər qovurun.
✅ Didiklədiyiniz qaz ətlərini də tavaya alıb soğanlarla bərabər bir neçə dəfə çevirin.
✅ Tomatı, ədviyyatları və duzunu da əlavə edib ət suyundan da bir stəkan əlavə edin .
✅ Tavadakı ətlər suyunu çəkənə qədər bişirib ocağı söndürün.
✅ Blinçiklərdən bir az iri bir sini götürün.
✅ Blinçiklərin qalınlığına görə iki-üç plinçiki üst-üstə siniyə yığın.
✅ Sonra qaz ətini və iç malzəməsini blinçikin üzərinə yaxşıca yayın.
✅ Üzərinə yenidən iki və ya üç qat plinçik əlavə edin.
✅Bu işləmi sinidən daşmayacağa qədər davam etdirin.
✅ Hazırladığınız blinçikləri iti bir bıçaq yardımı ilə üçbucaq şəklində kəsin.
✅ Üzərinə qaynatdığınız qaz ətinin suyundan axıdıb sinini ocağa qoyun.
✅ Bir az ocaqda bişirin və ilındıqdan sonra isə servis edin.

Nuş Olsun!