Yazdırma Seçimləri:

Qazanda kartoflu küftə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Lazım olan ərzaqlar
 3 ədəd kartof
 16 ədəd az bişmiş küftə
 1 ədəd qırmızı bibər
 2 diş sarımsaq
 2 yemək qaşığı duru yağ
 1 yemək qaşığı tomat
 duz
 istiot
 2 stəkan isti su
Hazırlanma qaydası
1

Bibərləri yuyun.
Sonra iri-iri doğrayın.
Doğradığınız bibərləri maye yağda azca qovurun.
Sarımsaqları soyun və doğrayın.
Tomat və sarımsaqları da qovurduğunuz bibərlərin içinə əlavə edin.
Kartofları soyun.
Soyduğunuz kartofları yuyub doğrayın.
Doğranmış kartofları və hazır küftələri də bibərlərin içinə əlavə edin.
Bir az qovurduqdan sonra üzərinə isti su əlavə edin.
Qazanın qapağını örtüb xörəyi bişməyə qoyun.
Yemək qaynamağa başladıqdan sonra ocağın altını azaldın.
Xörəyi vam odda bişirməyə çalışın.
Xörək bişdikdən sonra istərsəniz üzərinə təzə cəfəri və yaxud da qurudulmuş cəfəri qoyaraq servis edə bilərsiniz.

Nuş olsun!