Yazdırma Seçimləri:

Qırmızı çuğundurlu kələm turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Qırmızı kələm turşusu

Lazım olan ərzaqlar
 2 ədəd qırmızı çuğundur
 3 diş sarımsaq
 2 yemək qaşığı duz (qaşıq silmə olacaq)
 1 ədəd kiçik kələmin yarısı
 2 ədəd kök
 1,50 stəkan üzüm sirkəsi
Hazırlanma qaydası
1

Qırmızı kələm turşusu

Orta boy qazana yarıya qədər su qoyun.
Sirkənin yarısı və 1 yemək qaşığı duzu da əlavə edib qaynamağa qoyun.
Qaynayan suda iri doğranmış kələmləri 2-3 dəqiqə qədər bişin. (Çok yumşalmayacaq).
Bişən kələmləri kəfgirlə alın.
Aşsüzənin içinə qoyub yayın. (Üst- üstə olarsa istisiylə daha çox bişirə bilər).
Sonra çuğundurları soyub eynı boyda doğrayın və kökü əlavə edin.
7-8 dəqiqə yumşalana qədər bişirın.
Bişib süzülən kələmləri ayrı bir qaba alın.
Çuğundur və kökü da sudan çıxardıb kələmin içinə əlavə edin.
Sarımsağı incə -incə doğrayıb 2 l- lik bankalara yerləşdirib qalan sirkəni və tərəvəzlərin üzərini geçəcək qədə su doldurun.
Əlinizlə tutaraq suyu başqa bir qaba tökün.
Duzunu töküb qarışdırın və suyu yenidən turşunun üzərinə tökün.
Tərəvəzlərin üstdə qalmaması üçün üzərinə kiçik bir ağırlıq qoya bilərsiniz.
Həmən ertəsi gün turşunu yeyə bilərsiniz.
Ancaq 2 gün gözlərsəniz dadı daha yaxşı olar.