Yazdırma Seçimləri:

Qırmızı kələm turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqÜmumi Vaxt35 dəq

Qırmızı kələm turşusu

Lazım olan ərzaqlar
 1 ədəd qırmızı kələm
 2 yemək qaşığı qaya duzu
 1 çimdik limon duzu
 üzüm sirkəsi
Hazırlanma qaydası
1

Qırmızı kələm turşusu

Kələmləri lent şəklində doğrayın.
Sonra 1 yemək qaşığı qaya duzu ilə bərabər 5 dəqiqə ərzində ovun.
Bu zaman kələmin rəngi açılacaqdır və yumşalmaya başlayacaqır.
10 dəqiqə qədər daha gözləyərək tamamən yumşalmasına çalışın.
Ardından da bir bankaya doldurmağa başlayın.
Sonrasında da 1 çay stəkanı sirkə, 1 çay stəkanı su olmaqla banka dolana qədər doldurun.
Sonra 1 qaşıq qaya duzu və 1çimdik də limon duzu əlavə edərək qapağı möhkəm bağlayın.
Sərin bir yerdə 4 – 5 gün tirşumağa qoyun.
Bankanın ağzını açdıqdan sonra turşunu mütləq soyuducuya qoyun.
Soyuducuya qoyduqda uzun zaman istifadə etmək mümkün ola bilər.
Ayrıca yalnız suyunu salatlara da əlavə edərək salatlarınıza ləzzət verə bilərsiniz.

Nuş olsun!