Yazdırma Seçimləri:

Qırmızı lobya(Meksika lobyası) salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Evdə olan ərzaqlarla hazırlanır bu salat. Süfrələrə çox yaraşacaq bir salatdır. Ləzzəti qədər hazırlanması da çox asandır.
Salat xoşlamayanlar da bu salatı sevecekdir. Qırmızı lobya faydalı bir ərzaqdır. Meksika mətbəxinə məxsus olan qırmızı lobya salatnı hazırlamağı sizlərə də tövsiyyə edərdik.

qırmızı lobyalı salat

Qırmızı Lobya(Meksika Lobyası) Salatı Üçün Lazım Olan Ərzaqlar
 1 kq pomidor
 1 ədəd sarı bibər
 400 q Meksika lobyası(qırmızı lobya)
 1 ədəd yaşıl bibər
 0,50 stəkan doğranmış cəfəri
Qırmızı Lobya(Meksika Lobyası) Salatının Sosu Üçün
 4 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı xaşxaş toxumu
 1 çay qayığı xardal
 1 çay qayığı şəkər tozu
 cirə
 3 yemək qaşığı limon suyu
  dəniz duzu
 istiot
Qırmızı Lobya (Meksika Lobyası) Salatı Üçün Ərzaqların Yığılması
1

1.Pomidorları yuyub mətbəx dəsmalının üzərinə alın.
2. Bibərləri yuyub suyunu quruması üçün mətbəx dəsmalının üzərinə alın.
3. İstifadə edəcəyiniz lobyaları ayırtlayıb yuyun və yumşalması üçün suya qoyun.
4. Üzərnə doğramaq üçün lazım olan cəfərini təmizləyib yuyun.
5. Yuduğunuz cəfərinn suyu quruması üçün bir mətbəx dəsmalının üzərinə alın.
6. Lazım ola biləcək qədər zeytun yağını kiçikbir kasaya alın.
7. İstifadə olunacaq xardalı kiçik kasaya alın
8. Lazım lacaq qədər duzu asaya yığın.
9. Limonu yuyub bir kənara alın
10. Lazım olacaq qədər istiotu kiçik kasaya tökün.
11. İstifadə edəcəyiniz xaşxaş toxumunu kasaya yığın.

Qırmızı Lobya (Meksika Lobyası) Salatı Üçün Ərzaqların Hazırlanma Qaydası
2

qırmızı lobyalı salat

1. Pomidorları ortadan ikiyə kəsib geniş bir qaba alın.
2. İslatdığınız lobyanı bişirin.
Bişən Meksika lobyalarını pomidorun üzərinə əlavə edib qarışdırın.
3. Yaşıl bibəri incə- incə doğrayın.
4. Sarı bibəri isə küp şəklində doğrayıb salata əlavə edin.

Qırmızı Lobya (Meksika Lobyası) Salatı Üçün Sosun Hazırlanma Qaydası
3

1. Ocağı yandırın.
2. Sos qazanını ocağa alın.
3. Sos qazanına zeytun yağı, xardal, xaşxaş toxumu, cirə və şəkər tozunu əlavə edib qızdıraraq qarışdırın.
4. Sos ərzaqlarını qızdırdıqdan sonra ocaqdan alın.
5. limonu ikiyə bölüb hazırladığınız sosun üzərinə sıxıb qarışdırın.
6. Pul bibər, duz və istiotu əlavə edib sosu soyumağa buraxın.

Qırmızı Lobya(Meksika lobyası) Salatını Servis Qaydası
4

Salatın üzərinə cəfəri səpərək servis edin.
Arzuya görə istədiyiniz yeməklə servis edə bilərsiniz.

Nuş olsun!