Yazdırma Seçimləri:

Qış şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1 ədəd yerkökü
 1 ədəd kiçik kabak
 1 ədəd ispanaq
 1 stəkan düyü
Xəmiri üçün
 0,50 stəkan bulğur
 su
 qara istiot
 pul bibər
 2 yemək qaşığı un
 1 ədəd yumurta
Sosu üçün
 kərə yağı
 bibər (tomat) pastası
 sarımsaq
 nanə
 limon şirəsi
Hazırlanma qaydası
1

Öncə küftələrin xəmirini hazırlayın.
Bunun üçün bulğuru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun.
Xırda küftələr tutun.
Un səpilmiş siniyə yığın.
Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun.
İsti su tökün.
Küftələri qazana əlavə edin.
5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabaq əlavə edin.
5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin.

Sosun hazırlanması
2

2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin.
Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.

Nuş olsun!