kartof dolmas;

Lazım olan ərzaqlar:

  • 4 böyük kartof,
  • 500 q qiymə,
  • 1 soğan,
  • 2 böyük pomidor,
  • 1 kök,
  • 1 qırmızı bibər,
  • 3 sivri bibər,
  • 1 dəstə kərəviz saplağı,
  • Duz,
  • 8 ədəd bibər,

Sosu üçün:

  • 3 böyük pomidor,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 1 şirniyyat qaşığı hazır bibər sosu,
  • Duz,
  • Istiot,
  • 2 dəstə doğranmış reyhan,
  • 1 şirniyyat qaşığı sirkə,

Hazırlanma qaydası:

  • Sos üçün pomidorları rəndələyin.
  • Zeytun yağını qızdırıb pomidorları qovurun.
  • Doğranmış reyhanı da əlavə edin.
  • 1 stəkan isti su əlavə edin.
  • Qazanın qapağını örtərək pomidorların suyu yarıya qalana qədər bişirın.
  • Ocaqdan alın.
  • Duzu, sirkəni və ədviyyatları əlavə edib dadlandırın.
  • Kartofların qabığını soyub buxarda bişirin.
  • Qiməli qarışıq üçün soğanı soyub doğrayın və qiymə ilə birlikdə bir neçə dəqiqə qovurun.
  • Küp halında doğranmış kökü, bibəri və pomidoru əlavə edin.
  • Orta atəşdə suyunu azca çəkənə qədər qovurun.
  • Ən sonda isə incə doğranmış kereviz saplağını və duzunu əlavə edin.
  • Qazanın qapağını örtün.
  • Orta atəşdə suyunu çəkənə qədər bişirin.
  • Ocaqdan alın.
  • Kartof bişincə eninə ikiyə kəsin.
  • Içərisini azca oyaraq istiyə davamlı qaba yığın.
  • Içərisinə qiymə qarışığını doldurun.
  • Acı bibərləri üzərinə düzün.
  • Sosu qaba əlavə edin.
  • 180 dərəcəyə qədər qızdırılmış fırında 15 dəqiqə bişirin.
  • Fırından alıb yeməyi isti halda servis edin.